Çinli milyarder "Atletiko"nun səhmlərini aldı
Paylaş:
Çinli milyarder Van tszyan İspaniyanın "Atletiko"sunun səhmlərinin 20 faizinə sahib çıxıb.
"Marca"nın xəbərinə görə, artıq çinli iş adamı La Liqa təmsilçisi ilə razılığa gəlib. Bu razılaşma ilə ispan klubu öz borclarını ödəyəcək.
"Dalian Wanda Group" şirkətinin sahibinin "Atletiko"nun prezidenti Enrike Seresoyla apardığı danışıqlar müsbət nəticələnib.
Nüfuzlu "Forbes" jurnalının məlumatına əsasən, Van Tszyanın 16,2 milyard dollar həcmində var-dövləti var.
| Paylaş: