"Ronaldo atlet, Messi isə futbol tanrısıdır"
Paylaş:
"Atletiko" Madridin yarımmüdafiəçisi Koke "Real" Madridin hücumçusu Kriştiano Ronaldo ilə "Barselona"nın ulduzu Lionel Messini müqayisə edib.
"El Mundo Deportivo"nun məlumatına görə, ispaniyalı argentinalını futbol tanrısı adlandırıb:
"Müqayisə etmək çətindir. Onların hər ikisi əla futbolçudur. Amma Ronaldo atletdir, Messi isə futbol tanrısı. Ronaldo və Messiyə sahib olmaq hər bir komandanın arzusudu".
| Paylaş: