')

Bu gün:


FutbolPress.Az | Suares "mikroskop altında", Messi yaxşı formadadır

Suares "mikroskop altında", Messi yaxşı formadadır


oxunma sayı: 538 Paylaş:

FutbolPress"Barselona"nın baş məşqçisi Luis Enrike komandasının cəza səbəbindən oktyabrın 25-nə kimi yaşıl meydanlardan kənarda qalacaq hücumçusu Luis Suaresin fiziki durumu haqda danışıb:

"Suaresin fiziki durumu nəzarət altındadır. Onun çəkisi artmayıb. Sadəcə Luis möhkəm bədən quruluşuna malikdir. Elit idmançılar hər zaman "mikroskop altındadır".

Təcrübəli çalışdırıcı komandanın superulduzu Messinin tez-tez ürək bulanması haqda yayılan məlumatları da şərh edib: 

"Messi yaxşı formadadır. Mən onun tibbi və fiziki göstəricilərinə şübhə etmirəm. Buna heç əhəmiyyət də vermirəm. Çünki Messi öz işini ideal görür". 


oxunma sayı: 538 | Paylaş:





?>