Serxio Roberto daha 5 il "Barsa"da
Paylaş:
"Barselona" gənc futbolçusu Serxio Roberto ilə müqaviləni yeniləyib.
Klub saytının yaydığı xəbərə görə, 20 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2018/2019 mövsümünün sonuna qədər uzadılıb. S. Robertonun təzminat qiymətinin isə 40 milyon avro olduğu açıqlanıb.
S. Roberto "Barselona"nın əsas komandası ilə 20 matçda oynayıb.
| Paylaş: