"Mançester Yunayted" Ronaldo üçün 140 milyon xərcləyəcək
Paylaş:
"The Guardian" "Mançester Yunayted"in "Real" Madriddən Kriştiano Ronaldonun transferi üçün mümkün xərlərini hesablayıb.
Mənbənin məlumatına görə, əgər futbolçu İngiltərə qayıtmağa razılaşarsa, "qırmızı şeytanlar" 140 milyon funt xərcə düşəcək. Bunun 60 milyonu qarşı tərəfə ödəniləcək. Qalan 80 milyonu isə futbolçunun 4 illik məvacibi təşkil edəcək. "Mançester Yunayted" futbolçuya həftəyə 380 min funt ödəməyə hazırdır.
Hazırda komandanın ən çox qazanan oyunçusu Ueyn Runidir. İngiltərə yığmasının hücumçusu həftədə 300 min funt qazanır.
Kriştiano Ronaldo isə "Real"da 315 min funt (ildə 21 milyon avro) qazanır. Hücumçunun vergilərinin 52%-ni də klub tərəfindən ödənildiyini nəzərə alsaq, portuqaliyalı üçün "Kral klubu" ildə 34,1 milyon funt xərcləyir.
| Paylaş: