')

Bu gün:


FutbolPress.Az | Konte: "Azərbaycanı məğlub etmək haqqında fikirləşirəm"

Konte: "Azərbaycanı məğlub etmək haqqında fikirləşirəm"


oxunma sayı: 603 Paylaş:

FutbolPress"Millimizin DÇ-2014-dəki uğursuzluğunu unutdurmaq istəyirik. Əsas məqsədimiz azarkeşlərimizin inamını geri qaytarmaqdır. İnanıram ki, bu işin öhdəsindən gələcəyik". 

Bu sözləri İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib.

 

AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Azərbaycan yığmasını qəbul edəcək “Skaudra Adzurra”nın çalışdırıcısı bu qarşılaşma haqqında da danışıb: “Seçmə mərhələdə yaxşı çıxış etməliyik. Qarşıda çətin oyunlarımız var. Hamı sual verir ki, AVRO-2106-nı qazanmaq istəyirsiz? Sizcə, hələ tez deyil? Mən indi yalnız Palermoda Azərbaycanla oyunu, bu rəqibi məğlub etmək haqqında fikirləşirəm”.

 

Konte Azərbaycan və Malta ilə oyunlarda bir neçə gənc futbolçuya şans verəcəyini bildirib: “Bu görüşlərə bir neçə gənc futbolçu dəvət etmək istəyirəm. Çünki həmin gənclər İtaliya millisinin gələcəyidi. Onlara indi şans verməliyik ki, özlərini göstərə bilsinlər. Daha sonra isə Malta yığması ilə üz-üzə gələcəyik. Həmin matçlardan qalib ayrılmaq lazımdı. Fransada keçiriləcək Avropa çempionatının qalibi olmaq üçün isə final mərhələsinə vəsiqə qazandıqdan sonra düşünmək olar. Mən milli komandamızla yaxın gələcəkdə titullar əldə etmək istəyirəm. Bu isə heç də asan deyil”.


oxunma sayı: 603 | Paylaş:




?>