"Qarabağ"ın rəqibi və Avropa nəhəngləri cəzalana bilər
Paylaş:
UEFA "Qarabağ"ın AL-in qrup mərhələsindəki rəqibi "İnter"i "Maliyyə Fair Play" yoxlamasından keçirəcək.
"Football.ua"nın məlumatına görə, "İnter"lə yanaşı, "Liverpul", "Monako" və "Roma"nın "Maliyyə Fair Play" qaydalarını pozduğu iddia edilir.
Bununla bağlı UEFA həmin klublara rəsmi bildiriş göndərib. Qitənin ali futbol qurumu sözügedən klublardan maliyyə durumları ilə bağlı yeni sənədlər təqdim etməsini tələb edib.
Bundan əvvəl PSJ və "Mançester Siti" trasferlərə çoxlu pul xərcləyərək "Maliyyə Fair Play" qaydasını pozduğu üçün cərimələniblər.
Əgər bu klubların maliyyə qaydalarını pozduğu təsdiqlənərsə, onlar böyük ehtimalla cərimələnəcəklər. UEFA-nın bununla bağlı qərarı sabah açıqlayacağı gözlənilir.
| Paylaş: