')

Bu gün:


FutbolPress.Az | Arsen Venqer Məsüt Özili hansı mövqedə oynatsın? (FOTOLAR / SUAL)

Arsen Venqer Məsüt Özili hansı mövqedə oynatsın? (FOTOLAR / SUAL)


oxunma sayı: 558 Paylaş:

FutbolPressMəsüt Özilin "Real" Madriddən "Arsenal"a keçidindən sonra London klubunun heyətindən 40 oyun keçirib. Amma "Topçular"ın çalışdırıcısı Arsen Venqer alman xavbekin istifadəsi üçün optimal variantı heç cür müəyyən edə bilməyib.

Son zamanlar Məsüt Özilə qarşı tənqidlərin ardı-arası kəsilmək bilmir. Özilin iştirakı ilə keçirilən "Arsenal"ın istənilən matçına baxan bütün azarkeşlər matçın ən passivi kimi məhz türk əsilli yarımmüdafiəçini göstərir. 

Tənqidlər Çempionlar Liqasında "Borussiya" Dortunda qarşı keçirilən matçdan (2:0) sonra ən yüksək səviyyəyə çatıb. Hansı ki, həmin oyunda Özili nəinki eynək, heç mikroskopla da meydanda tapmaq mümkün deyildi. 



İngiltərə Premyer Liqasının "Mançester Siti" (2:2) və "Leyçester"lə (1:1) matçlarda da Məsüt Özilin 90 dəqiqəsi hücum xəttinə yaxın ərazilərdə "patrul" çəkməkdə keçib. Amma həmin görüşlərin nəticələri də göstərir ki, almaniyalının məhsuldarlığı korluqdan əziyyət çəkir. 





"Everton"la səfər matçında (2:2) isə Özil "Topçular"ın hücumunda balans yaratmaq üçün mərkəzə doğru yerini mütəmadi olaraq dəyişmək əvəzinə yenə sol cinağda "gizləndi". Həm də maraqlıdır ki, "Arsenal" bu matçın 90% vaxtını meydançanın özünə aid olan hissəsində keçirib, yalnız son 10 dəqiqəsində isə hücum edib. 




İndi isə siz qərar verin - Venqer xavbeki hansı mövqedə oynatmalıdır?! 



oxunma sayı: 558 | Paylaş:




?>