Luis Enrike. İkinci plan əfsanəsi - I hissə (YAZI)
Paylaş:
Elə futbolçular var ki, onlar fenomenal texnikaya və ya anadangəlmə dahiliyə malik olmasalar da, öz zəhməti və dəmir xarakteri sayəsində böyük futbolda özünə yol açır. Onların əksəri özündən sonra futbol tarixində böyük iz qoyur, az hissəsi isə özünü dahi kimi təqdim edir. Elə bir hal da olur ki, Komandanın Əfsanəsi hər zaman ulduz həmkarlarının kölgəsində qalmış və düşmən rəqibin heyətində çıxış etmiş oyunçu olur. 90-cı illərin sonlarında “Barsa”da 21 nömrəli forma ilə çıxış edən və klub tarixinə adını hərflərlə yazmağı bacaran belə oyunçulardan biri də Luis Enrike Luçodur.
İlk addımlar
7 yaşlı Luis böyük futbola gedən uzun yolunu “Elisburu” məktəbindən başlayıb. Azyaşlı oğlan həmin məktəbdə beşə-beş oynamaqla taxta meydançada futbolçu kimi ilk addımlarını atıb. O, artıq 8 yaşında “Şeytosa” klubuna transfer olunub. Qəhrəmanımız 11 yaşında “Moreo” futbol məktəbinə keçib və burda 3 il təhsil alıb. 14 yaşı olanda isə onun çıxışları “Sportinq”in seleksionrelərinin diqqətini cəlb edib. Amma klub rəsmiləri fiziki cəhətdən çox zəif olduğunu bəhanə edərək Luçodan (Luis Enrikenin bu ləqəbi təxminən həmin dövrlərdə yaranıb. Komanda yoldaşları ona “Sportinq”ə transfer olunmuş meksikalı legioner Luço Floresin adını veriblər - red) imtina edib. Daha sonra “La Branya”ya keçən Luçonun oyunundakı tərəqqi yenidən böyük klubların seleksionerlərinin diqqətini yenidən çəkib.
“La Branya”dan “Ovyedo”ya keçən gənc oyunçu heç iki ayın məvacibini almamış “Sportinq”dən gələn zəngə müsbət cavab verərək “ağ-qırmızılar”ın heyətinə keçib. Beləliklə 18 yaşlı Luço uşaq arzusunu gerçəkləşdirərək Xixon “Sportinq”inin oyunçusu olub. Düzdür, birinci ildə o, İspaniyanın 3-cü divizionda çıxış edən ikinci komandada çıxış edib. Amma Luço burada Xuanele və Abelardo Manxarin kimi oyunçularla tanış olub.
İlk uğurları
1989-cu ilin 24 sentyabrında Enrike İspaniya Primerosunda ilk matçını keçirib. O vaxtlar “Sportinq”in baş məşqçisi olmuş Çiki Aranquel oyunçunu “Malaqa”ya qarşı oyunda “El Molinone”dəki qarşılaşmada meydana buraxıb. Əvəzləmə ilə meydana çıxıb 29 dəqiqə oynayan Luço matçda özünü göstərə bilməyib. İlk oyundaca üzləşən qasıq zədəsi gənc ulduza oyunu davam etdirməyə imkan verməyib. Növbəti mövsümədək isə oyunçu özünün ən yaxın dostu Kuervo Qarsiaya alternativ olub.
Amma 1990-91 Luçonun krayerasında tam əminliklə irəliləyiş mövsümü adlandırmaq olar. Kano Sirikanonun rəhbərliyi altında o, hücum xəttinin sivri ucunda çıxış edərək 35 oyuna 14 qol vurmağı bacarıb. Onun “Mestalya”da “Valensiya”nın qapısına vurduğu qol sayəsində (oyun 0:1 hesabı ilə yekunlaşıb) “Sportinq” UEFA Kubokuna vəsiqə qazanıb. Luçonun özü isə “Don Balon” jurnalının nominasiyasına görə, “1990-91 mövsümünün kəşfi” sayılıb.
Təbii ki, bu mükafat dərhal İspaniya futbol nəhənglərinin diqqətini cəlb edib. İlk olaraq isə, “Sportinq” “Real” Madriddən 250 milyon pesetlik (Peset – pul vahidi. Hazırda İslandiyada bu puldan istifadə olunur) təklif alıb. Həmin vaxt Luis Enrike “Real” və ya “Barselona”ya keçməsi haqqında heç fikirləşməyib. Amma xixon klubunun həmin dövrdə maliyyə problemləri ilə üzləşməsi oyunçunun Madrid klubuna keçməsinə səbəb olub. Gənc Luço 1991-ci ilin yayında “Kral klub”u ilə 5 illik müqavilə imzalayıb.
Madrid həyətinin səhnələrində
Madrid nəhəngində çıxış etdiyi bütün 5 ildə Luço əsas heyətin üzvü olub. Lakin onun yeni klubda “Sportinq”dəki bombardir keyfiyyətlərini təkrarlamaq şansı olmayıb. Əvvəlcə Rodimir Antiç, daha sonra Benito Floro oyunçunun iş qabiliyyətindən və sürətindən istifadə edərək onu dayaq və ya sağ yarımmüdafiəçi (onun heç vaxt oynamadığı) mövqeyində oynadıb. Bundan sonra Luço “Real”da problemlər yaşayıb. Azarkeşlərin ona olan ümidini itirməsi, onun “Barselona”ya sipmatiya bəsləməsi barədə qalmaqallı çıxışları, klubla böyük uğurların qazanmaması (ilk 3 mövsümdə o, “Real”da 1 İspaniya kuboku və 1 İspaniya super kubpku qazanıb) Enrikenin “madridistalar” arasında populyarlığı xeyli azaltdı.
1992-ci ilin yayında Barselonada keçirilən Yay Olimpiya Oyunlarında Luço 23 yaşadək futbolçulardan ibarət İspaniya millisinin heyətində (Həmin vaxt Abelardo və Qvardiola da bu komandada çıxış edirdi) olimpiadanın qızıl medallarını qazandı. Turnirdə isə Enrike 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
1994-cü ildə baş məşqçi Xorxe Valdanadonun “Real”a rəhbərliyə başlaması Enrike üçün uğurlu olub. Çalışdırıcı Luçonu yenidən əvvəlki mövqeyində - hücumda oynatmağa başlayıb. Həmin mövsümdə isə “Kral klubu” əbədi düşməni “Barselona”nın 4 illik heqemonluğuna son qoyaraq İspaniya çempionu titulunu qazanıb. 1995/96 mövsümdə “Kral klubu”nda baş qaldıran maliyyə böhranı səbəbindən Madrid təmsilçiləri Enrike ilə müqaviləni uzatmaqdan vaz keçiblər (Yəqin bir il sonra belə addım atdığına görə peşman oldular). Karyerasını İngiltərədə davam etmək istəyən Enrikeyə İtaliya və “Barselona”dan təkliflər gəlib. Və Luço azad aqent kimi məhz gələcəkdə əfasanəsi olacaq klubuna – “Barsa”ya keçdi.
Sweet home, Barselona
1996-cı ilin yayında “Barselona” da yenidənqurma prosesində idi. Uzun illər Yohan Kruyfun rəhbərliyindən sonra komandaya yeni baş məşqçi Robbi Robson təyin olundu. O isə öz növbəsində komandaya Baya, Blan, Koutu, Ronaldo, Cioanni, Pizzi kimi oyunçular cəlb etdi. Belə ustadlardan ibarət kompaniyada Luço özünü itirmədi. Əksinə start heyətində yer alıb, komandanın liderlərindən biri oldu.
Luço katalon klubunda 1996-cı ilin avqustun 20-də Xuan Kamper kubokunun yarımfinalında “San Lorenso”ya qarşı matçda 35 min azarkeş önündə debüt edib (2:0). Finalda isə “Barsa” Luçonun bilavasitə iştirakı ilə "İnter"ə (2-1) qalib gəlib.
Luço “Barselona”da cinağ müdafiəçi kimi oynamağa başlayıb. Ancaq zaman keçdikcə Robson Luçonun istedadını layiqincə qiymətləndirərək onu hücuma çəkir, o isə komandası üçün vacib qollar vururdu.
Özünün “Barselona”dakı ilk mövsümündə “Real”da keçirtdiyi 5 mövsümdən çox – 17 qol vurub və komanda ilə 3 titul - İspaniya Kuboku, İspaniya Super kuboku və UEFA kuboku qazanıb. Onun Madrid “Real”ının qapısına vurduğu qol isə katalon azarkeşlərin yaddaşında əbədi qalmış, onunçünün özü isə bu qolu “cules”in qəlbinin açarı olduğunu demişdir.
Enrikenin “Barselona”ya keçidi ilə onun həyatında daha bir mühüm hadisə baş verdi (Luçonun özü bunu həyatının ən mühüm hadisəsi adlandırır). Belə ki, həmin ildə o, Yelena adlı gözəl bir qızla tanış olur və 1997-ci ilin dekabrın 28-də onunla ailə həyatı qurur. Həmin il Luço özünə Barselonanın 15 kilometrliyində ev alır və hazırda da həmin evdə yaşayır. Hazırda cütlüyün Paço, Şana və Sira adında 3 övladı var.
Qızıl illər
1995/97-ci illər mövsümünün gözəl nəticələrinə baxmayaraq komandanın baş məşqçisi Bobbi Robson mövsümün sonunda istefaya göndərilir. Onu bu postda Lui Van Qaal əvəzləyir. Lius Enrike isə hətta hollandiyalının hakimiyyəti dövründə də (dünyaca məşhur çətin xarakterinə baxmayaraq) komandada komandada aparıcı rol tutmaq davam etdirmişdir. Luçonun keçirdiyi 35 matçda 18 qol vurub karyerasında rekorda imza atması bunun bariz təsdiqidir. Onu da nəzərə alaq ki, Van Qaal onu hücumçu yox, yarımmüdafiəçi mövqeyində oynadıb.
Mövsüm futbolçu üçün titul baxımında da məhsuldar olmuşdur. “Barsa”a həmin ildə İspaniya Çempionatı, İspaniya kuboku və Avropa Superkubokunu klubun muzeyinə aparmışdır. Luçonun özü isə “Don Balon” jurnalının versiyasına görə “İspaniyada ilin ən yaxşı oyunçusu” fərdi mükafatını qazanmışdır.
1998-99 mövsümündə də Luço meydanda ən mühüm oyunçu olaraq qalıb. O, həmin il 11 qol vuraraq, "Barsa"nın İspaniya Çempionu titulunu qorumasında əvəvsiz xidmət göstərib.
Batan gəminin kapitanı
Klubun çoxillik prezidenti “İmperator” Nunyesin istefasıda, Luiş Fiqonun “İuda”ya xəyanətindən və məşqçilər arasında qarşıdurmalardan sonra “Barsa”da “qara günlər” başladı. Bunların hamısı Luis Enrikeyə də toxundu. Yox, o yenə də komandanın start heyətində meydana çıxır, hətta qol da vururdu. Amma ümumi komandanın tənəzzülü özünü büruzə verir və onun göstəriciləri aşağı düşürdü.
Bundan başqa, 2000-ci ilin əvvəlində Luço zədələndi və bu səbəbdən İspaniya yığması ilə Avropa çempionatı kimi ilk böyük turniri buraxmalı oldu. Bu zədələr sonradan da zaman-zaman özünü büruzə verdi. Lakin bütün bunlar həm meydanda, həm də kənarda onun nüfuzuna ziyan gətirmədi və o, 200-ci ildə "Barselona”nın kapitanı oldu. Daha çox öz çılğın xarakteri və mətbuatdakı cəsarətli müsahibələri ilə tanınan Luço, indi əksinə, mübahisələri həl edən birinci şəxs, yetişməkdə olan, sonradan isə Klubun böyük qələbələrinin yaradıcılarına çevriləcək Puyol, Xavi va İnyesta kimi gənclərin örnək nümunəsi idi.
2002-ci ilin yayında Luço İspaniya Yığmasının heyətində son oyunlarını keçirib. Cənubi Koreya və Yaponiyada təşkil olunmuş Dünya Çempionatında “qırmızı furiya” ¼ finalına vəsiqə qazansa da, burada Koreya millisi ilə qarşılaşmada kobud hakim səhvləri ucbatından mübarizəni dayandırıb.
Luis Enrike milli komandanın heyətində bütünlüklə 36 oyun keçirib və 12 qol vurub.
Karyerasının son 2 ilində Luço start heyətdə yerini itirməyə başlamışdı. Artıq zzədələr və yaş özünü daha çox biruzə verirdi. Bu səbəbdən oyunçu 2004-cü ilin yazında futbolçu karyerasını bitirmək qərarına gəlib. O, 16 may 2004-cü ildə “Barsa”da son matçını keçirib. Vida matçında klub oyunöncəsi xüsusi videoçarx hazırlayıb. 21 nömrəli köynək geyinmiş uşaqlar Luis Enrikenin böyük ölçüdə 21 nömrəli formasını meydana çıxartmışdır. Luço meydana çıxanda isə, həmin oyunda iştirak edən bütün oyunçular və tamaşaçılar sürəkli alqışlarla öz sevimlisi yola salmışdır.
Ümumilikdə Luis Enrike "Barsa”da 300 oyun keçirib və 109 top vurub.
“Sportinq”in ulduzu (xixon azarkeşləri onu Kinidən sonra klubun tarixinin ən yaxşı oyunçusu adlandırırlar) Luis Enrike məhz belə futbolçu idi: Olimpiya çempionu, Madriddə davakar və zəhmətkeş oyunçu, “Barselona”nın lideri, kapitanı və kölgəli Əfsanəsi, futbolu və “Barsa”nı ehtirasla sevən bir fanat, sonadək mübarizə aparıb qol vurmaq istəyən peşəkar futbolçu, qalib ruhlu, dəmir iradəli bir idmançı, gənc oyunçulara bir örnək, bir çox məşqçilərə isə bir nümunə.
Futboldan kənar
Luço butslarını mıxdan asandan sonra da idmala məşğul olmağa ara verməyib. O, bir çox sabiq futbolçulardan fərqli olaraq həmişə yaxşı fiziki formada olub. Enrike krayerasını bitirdikdən sonra ilk öncə Avstraliyaya gedib, orada serfinqlə (ingilis dilini öyrənməklə yanaşı) məşğul olub. 2005-ci ildə isə o, Nyu-York marafonunda iştirak edib və gözəl bir nəticə göstərib - 3:14:09 (müqayisə üçün deyək ki, Enrike yalnız dəfələrlə velosiped yarışıları çempionu olmuş Lens Armstronqdan geri qalıb - 2:59:00). 2006-cı ildə isə Luço Amsterdamda marafonda iştirak edib və 3:00:19 vaxta göstərməklə əvvəlki nəticəni yaxşılaşdırıb. Luis Enrike və bu zaman qırıb qaçarkən marafonu ərzində bir il sonra Florensiyada, 2:57:58. Növbəti ilə Florensiyadakı marafonda iştirak edən qəhrəmanımız isə 2:57:58 nətivəyə nail olub.
Luçonun idman karyerasında daha mühüm bu nailiyyəti qeyd etməmək olmaz – o, “Iron Man” adlı və özündə 3 ardıcıl mərhələ birləşdirən yarışı birinci yerdə bitirib. Yarışda 3,86 km məsafəni üzən, 180-ını isə velosipedlə qət edən ispaniyalı mübarizəni klassik marafonla başa vurub.
Mənbə: sports.ru
Tərcümə edən: Şəfi ŞƏFİYEV
| Paylaş: