')

Bu gün:


FutbolPress.Az | Mais Mənsimov bir səhvini anlayıb.. (?)

Mais Mənsimov bir səhvini anlayıb.. (?)


oxunma sayı: 661 Paylaş:

FutbolPress“Xəzər Lənkəran” 4-cü turda “İnter”i qəbul eləyəcək. Çempionata ən yaxşı başlayan komandaya qarşı matçın itirilməməsini istəyən mövsümün uğursuz startçısı vəlvələyə düşüb. Lənkəran təmsilçisinin prezidenti Mais Mənsimov oyuna girişin biletsiz olmasına göstəriş verib. Bu qərar gözlənilməz olub:

1. Mais Mənsimov artıq hiss edir ki, “Fırtınalar meydanı” ölü sükuta qərq olmaqdadı. Komandanın səngiməyən uğursuz çıxışları və rəhbərliyin həbsə atılan XL azarkeşlərinin köməyində durmaması onları stadiondan, komandaya dəstəkdən küsdürdü. Ona görə matça girişin biletsiz olması qərarı verilib – tərəfdarın stadiona qaytarılması cəhdi...

2. Real variantlardan biri də budu ki, 3 tura cəmi 1 xal qazanan çempionluğa iddialı XL bu mövsümə  bərbad başlamaqla böyük etiraz dalğasına səbəb olmaq üzrədi. “İnter”lə matçın Lənkəranda keçiriləcəyi məlumdu. Yenə uğursuzluq olarsa, onda gərginlik birəbeş arta bilər. Biletsiz buraxılış isə rəhbərlikdən azarkeşə “süni jest” təsiri də bağışlayır. Bir növ, incik düşmük azarkeşləri öz tərəfinə çəkib, dəstək toplamaq və s.

3. və daha başqa variantlar da sadalaya bilərik... Siz də düşünün. Belə məqamlarda, bu cür məsələlərdə düşünün. Fəal azarkeşliyinizi davam etdirin. Səmimi atılan hər addıma tərəf getmək XL-in xilası üçün ən lazımlı məqam sayılır, ancaq aldanmamaq da şərtdir...

Hər halda, azarkeş üçün ən böyük hadisə komandasının uğurlu çıxışıdır. Mövsümə ən geniş hazırlıq müddəti və ən çox transferlə girmiş “Xəzər Lənkəran”ın pis performansı gözlənilən, arzulanan deyildi. İşlərin qaydasında getmədiyi isə çoxdan  məlumdu...

“FutbolPress”


oxunma sayı: 661 | Paylaş:




?>