')

Bu gün:


FutbolPress.Az | Nə yapıyorsunuz, Sadıqov?! (SİTAT)

Nə yapıyorsunuz, Sadıqov?! (SİTAT)


oxunma sayı: 1207 Paylaş:

FutbolPress“Neftçi”nin prezidenti Sadıq Sadıqov Elnur Əşrəfoğlunun yenidən “Neftçi”yə qayıdaraq vitse-prezident təyin olunması ilə bağlı yaran söz-söhbətə münasibət bildirib:

“Elnur “Neftçi”dən getmişdi ki? Elnur elə “Neftçi”də, mənim yanımda idi. Həm də Elnura burda vəzifə lazımdı? Mənə vitse-prezident lazım deyil. Mən bütün günü Azərbaycandayam. Orda-burda olmuram ki, vitse-prezidentim menim işlərimi görün. Ona görə də, Elnur bu gün belə deyibsə, onu başa salacam, sabah deməyəcək. Elnur Əşrəfoğlu Tahir Süleymanov kimi “Neftçi”dədi. Nə olsun ki, istefa veriblər. O vaxt Elnur televiziyaya qayıtmaq istədiyini dedi, mən də razılıq verdim. Nə problemi olsa, hər zaman mən ona köməyimi əsirgəmirəm. Dediyim kimi, Elnur “Neftçi”dən getməyib. Vəzifə tutmaq, ya tutmamaq boş şeydi”. (futbol11.az)

Sadıq Sadıqovun bu açıqlaması vəziyyətin həm xeyli qəliz, həm də deyəsən, çox adi olduğunu göstərir. Bəs siz hansı nəticəni çıxartdınız bu söhbətdən, hörmətli oxucu? Sadıqov nə qonuşuyor, nə yapıyor?!

"FutbolPress"



oxunma sayı: 1207 | Paylaş:




?>