')

Bu gün:


FutbolPress.Az | Mətbuat xidmətlərinin nəzərinə (QEYD)

Mətbuat xidmətlərinin nəzərinə (QEYD)


oxunma sayı: 546 Paylaş:

FutbolPressKlub rəhbərlikləri, rəsmiləri imkan düşəndə də, düşməyəndə də idman mediasından şikayətlərini cəh-cəhlə bəyan edirlər. Əslində medianın bu sektorunda hərcmərcliyin yaranmasında ən əsas pay sahibi elə onlardı.

Klub rəhbərlikləri mediaya qarşı əllərindəki "soyuq silahı" -  
“reklam pulu”nu ciddi media qurumlarının inkişaf edəcəyindən çəkinərək, onlara yox, həvəskar, hətta həvəskardan da aşağı səviyyəli saytların vüsət alması üçün həsr elədilər. Onlara bu sərf eləyir... Zamanla azsaylı  peşəkar və ədalətli KİV-lər sıxışdırıldı və s.

Məqam o yerə çatıb ki, artıq idman mediasındakı sayt  və “jurnalist çoxluğu” xaos yaradıb. Xüsusən, avroliqa oyunlarında azı 50-60, bəzən daha çox jurnalistin yerləşməyəcəyi konfrans otağına doluşması.. onların səs-küy salması, sual verənlərin biabırçı vəziyyətlərə düşməsi – bir növ, konfransları, dolayısıyla idman mediasını qarğabazarına döndərir.

Klub rəhbərliklərinin idman mediasının deqradasiyasındakı “xidmətlərini” sadalamaq niyyətindən uzağıq, barı, klubların mətbuat xidmətləri üstünə düşən vəzifəsini perşəkarlıq və həssaslıqla yerinə yetirsin.

Hər halda, MX-larda olanlar vaxtilə mediada olanlardı və onların səriştəsi yetir ki, peşəkar jurnalist, peşəkar KİV məsələsində müşahidələri onlara doğru seçim eləməyə imkan versin.

"FutbolPress" media xidmətlərinin işini həmişə diqqətdə saxlayıb və oxuculara çatdırıb. Bu mövzu gündəmimizdə daim olub, bu dəfə isə  çoxdan əmələ gələn və getdikcə "qaysaq bağlayan" problemi qabardıb, nəticəsini ntezliklə görəcəyimizə ümid bəsləyirik. İlk dəfədən problemli klub mətbuat xidmətlərinin adını qeyd eləməyi məqbul bilmədik, hər halda, qınaqdan nəticə çıxarmaqçün kifayət qədər zaman var...

Bundan sonra oyunlara akkreditasiya məsələsində diqqətli olmaları vacibdi. Əgər mətbuat xidməti “akkreditasiya verməsəm, ağzına gələni yazacaqlar klub haqda, ortada da mən qalacam” və s.  prinsiplərlə -  kim istədisə, ona da akkreditasiya veribsə, bunu görmüşük, bilmişik, ancaq bundan sonra belə hallara yol verilməsin.

Əgər peşəkarlıqdan danışmağa mövzu saxlamaq lazımdısa, bunu istəyiriksə, ən əvvəl bu problemin həllindən başlamaq lazımdı. Klubun akkreditasiyasını almaq bu qədər asanlaşmamalı, adiləşməməlidi. Bunun yollarını isə bilirsiz. Bilməyənlər də bilməlidi...


oxunma sayı: 546 | Paylaş:




?>