')

Bu gün:


FutbolPress.Az | Daha açıq-aydın deyin ki... (MÜNDƏRİCARRRT)

Daha açıq-aydın deyin ki... (MÜNDƏRİCARRRT)


oxunma sayı: 984 Paylaş:

FutbolPress"Xəzər Lənkəran" "Neftçi"dən Rəşad Sadiqovu transfer eləyib. Bu, klubun hələ ki ən yaxşı "həmləsi" sayılır (?!). Ancaq bir məsələ var...

Yerli, üzdə olan futbolçunun bir yerli klubdan o birinə keçməyi nəticəsində onun inqilabı sıçrayışımı olur? Məgər Sadiqovun potensialının maksimumu bəlli deyil? Olmazdımı yeni tapıntı...

Onu belə təmtəraqla, özü də əzəli rəqib, hətta düşmən düşərgə kimi sayılan "Neftçi"dən almaq, bilirsiz...

XL düşünür ki, gücləndim. 

Ümumiyyətlə, son 2 ildə XL ən çox "Neftçi"dən futbolçu alıb (Slavik, Ruslan, onlardan əvvəl Ağabala və s.). Bu iki bir-birini gözü götürməyib, qarşılıqlı quyu qazan (və həmişə XL-in batdığı) rəqiblərin bir-birinə sevdası yayın bu istisindən də istidi, qaynardı, yanardı və s.

XL-in batırılmağa sürükləndiyi o ərəfələrdə işarə etmişdik ki, bu klubla "Neftçi" arasında kövrək bağlar qurulur. Separat bağlar... "Neftçi" XL-a futbolçu peşkəş edir (Slavik, Ağabala), XL "Neftçi"dən xeylinin xeylisindən də xeyli pul verir, Ruslanı alır və ümumiyyətlə, arada pullar "silinir". Nədi bu?

 Bu "tendensiyaya" bişmiş toyuğun da gülməyi gələr...

Açıq-aydın deyin ki...

XL azarkeşinə təkrarən bildirirk, son iki ildə geriyə doğru irəliləməkdə sürət yığan XL bu il ən keşməkeşli dövrünə qədəm qoyur. Bilərəkdən. Bu klubun idarəçiləri bunu belə istəyir. Ya siz də çəkilin, tamaşa eləyin bu miniatürə, ya da... Sadiqovunuz mübarək!

"FutbolPress"



oxunma sayı: 984 | Paylaş:




?>