')

Bu gün:


FutbolPress.Az | 3 qardaş

3 qardaş


oxunma sayı: 532 Paylaş:

FutbolPressCerri, Coni və Vilson Palasios qardaşları 2010-cu ilin mundialında bir ilki gerçəkləşdirdilər. Buna qədər bu turnirdə üç qardaş birdən oynamamışdı. 

Honduras DÇ-yə yenə vəsiqə qazanıb. Ancaq Coni 23 nəfərlik heyətə daxil olunmayıb. Cerri və Vilsonla yanaşı Andre və Yordan Ayev (Qana), Kolo və Yaya Ture (Kot d'İvuar) qardaşlarını da Braziliyada (daha doğrusu televizorda -red.) görəcəyik.

Kevin Prins və Cerom Boatenqlər də çempionatda iştirak eləyəcək. Amma onlar yuxarıdakılar kimi eyni ölkəyçün yox, fərqli ölkələrçün oynayacaqlar. Cerom Ayevlərlə birgə "Qara ulduzlar"ın uğurlarıyçun tər tökəcək. Kevin-Prinssə Almaniyanın şərəfini qoruyacaq.

Maraqlısı budu ki, G qrupunda baş tutacaq matçda (Qana - Almaniya) bu iki qardaş yenə üz-üzə gələ bilər. 4 il əvvəl CAR-dakı mundialın D qrupunda bu iki ölkə qarşılaşmış, Cerom və Kevin birinci qardaş-rəqiblər olmuşdular. 


oxunma sayı: 532 | Paylaş:




?>