Van Qal ispanları necə udacağını bilir
Paylaş:
Hollandiya yığmasının və "Bavariya"nın ulduzu Aryen Robben ölkə mətbuatına açıqlama verib. Van Qalın (Hollandiya yığmasının baş məşqçisi -red.) yeni taktiki düzülüşünü uğurlu hesab eləyən Robben, İspanları udacaq gücdə olduqlarını da bildirib: "Düzdü, hamı bizdən hücum futbolu gözləyir. Hollandiya yarım əsrə yaxındı ki, belə oynayır. Amma bəzən rəqibə görə dəyişiklik eləmək lazım gəlir. Artıq futbol dəyişib, bunu qəbul eləmək lazımdı. Məncə van Qalın yeni 5-3-2 sxemi bizə düşərli olacaq. Elastik keçidlərə imkan verən bu düzülüşlə bütün rəqiblərimizi uda bilərik. Eləcə də ispanları -onlarla əvvəlki mundialdan qalan haqq-hesabımız var.
Və təkrar eləyirəm, baş məşqçi faktorunu da unutmamalıyıq. Aloyzi (Lui van Qal - red.) dünyanın ən yaxşı 3 məşqçisindən biridi. Kimlə necə oynamaq lazımdı - bunu hamıdan yaxşı bilir".
| Paylaş: