')

Bu gün:


FutbolPress.Az | 4 mundial - bir qolçu

4 mundial - bir qolçu


oxunma sayı: 375 Paylaş:

FutbolPress4 mundialda iştirak eləyib hamısında qol vuran iki oyunçu var. Bu rekorda birinci Pele çatıb. 

O, 1958-1970-ci illər intervalında keçirilən çempionatların hamısında ən az bir dəfə fərqlənib. "Kral"ın sonuncu mundialında fərqlənməsindən bir neçə gün sonra almaniyalı Uve Zeeler bu rekorda çatıb - hətta artıqlamasıyla; o, iştirak elədiyi yarışlarda ən az iki dəfə fərlənib. 

Başqa bir almaniyalı, Miroslav Kloze qarşıdakı DÇ-də fərqlənsə o da bu siyahıya daxil olacaq; mundialların ən sərrast bombardiri kimi.

Maraqlananlarçün qeyd eləyək ki, Zeelerin nəvəsi Levin Mete Öztunalı da futbolçudu. O ötən mövsümdən etibarən Leverkuzen "Bayer"inin formasını geyir. 


oxunma sayı: 375 | Paylaş:




?>