')

Bu gün:


FutbolPress.Az | "Xalqımız stadion yox, təhsil və səhiyyə istəyir"

"Xalqımız stadion yox, təhsil və səhiyyə istəyir"


oxunma sayı: 458 Paylaş:

FutbolPressDÇ-nin startına 1 həftə qalıb - Braziliyadaysa gərginliklər səngimək bilmir. Təşkilat komitəsinin üzvü Ronaldonun "Etiraz eləmək hamının haqqıdı. Ancaq polislərin üzü maskalı vandalları sillə-təpikləməyində də pis bir şey yoxdu" sözləri "Xuntos" (Juntos) gənclər hərəkatının üzvlərini qeyzləndirib. 

Hərəkat üzvləri DÇ-nin ictimai əlaqələrlə iş üzrə ofisinin qarşısına gələrək, mundiallar tarixinin ən sərrast bombardirinin sözlərinə münasibət bildiriblər. Binanın qarşısına "FIFA rədd ol" yazılmış kağızları qoyan etirazçılar aksiyanın sonunda səsyüksəldicilərlə keçmiş futbolçuya səsləniblər: "Ronaldo, bizə yaxşı qulaq as. Xalqımız hökumətdən stadion yox, yaxşı təhsil və səhiyyə istəyir". 



San Pauloda xaos var  

Braziliya küçələrdədi


oxunma sayı: 458 | Paylaş:




?>