')

Bu gün:


FutbolPress.Az | Səmədov peşman deyil

Səmədov peşman deyil


oxunma sayı: 319 Paylaş:

FutbolPress“Braziliyaya uçub gələndə hansısa həyəcan artıq orada özünü göstərəcək. Hələ böyük məsuliyyət var. Belə bir yarışda öz ölkəsinin təmsil etmək hər bir futbolçunun arzusudu". Bu sözləri Rusiya yığmasının yarımmüdafiəçisi Aleksandr Səmədov dünya çempionatına səfər haqda danışarkən deyib.

Təcrübəli futbolçu bildirib ki, DÇ-2014-ün təsnifat mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı oynarkən həyəcan keçirib. "Mənim dizlərim çoxdandı əsmir. Ancaq etiraf eləyiim ki, Bakıda oynayanda həyəcan keçirirdim. Can atdığımız DÇ-yə çıxmaq üçün həlledici oyun, ajiotaj. Bəlkə də Azərbaycanda oynamağımız da azacıq təsir edirdi”.

Azərbaycan yığmasında oynamaqdan imtina etdiyinə görə, bir dəfə də olsun peşmançılıq çəkməsi haqda suala isə Səmədov qısa cavab verib: “Heç vaxt”.

Mənbə: stadium.az


oxunma sayı: 319 | Paylaş:




?>