San Pauloda xaos var
Paylaş:
Dünən DÇ-nin açılışının olacağı San Paulo şəhərində metro işçilərinin müddətsiz tətil elan elədikləriylə bağlı xəbər vermişdik. Tətil artıq öz təsirini göstərib.
Gündə 4.5 milyon sərnişinin istifadə elədiyi San Paulo metrosunun perronlarında saatlarca gözləyən əhali, qərarda dəyişikliyin olmadığını görüb yollara tökülüb. Şəhərdə təxminən 209 km-lik yol "iynə atsan yerə düşməz" vəziyyətindədi.
20 milyonluq şəhərdə nəqliyyatın əsas yükü metronun üzərinə düşür. Şəhər qubernatorunun Metro İşçiləri Sindikatı nümayəndələriylə görüşü nəticəsiz qalıb.
Xatırladaq ki, şəhərdə 5 metro xətti var. Onlardan 3-ü hazırda işləmir.
| Paylaş: