')

Bu gün:


FutbolPress.Az | "Argentinanı deyə bilmərəm, amma Messi birinci olacaq"

"Argentinanı deyə bilmərəm, amma Messi birinci olacaq"


oxunma sayı: 683 Paylaş:

FutbolPressArgentina millisinin sabiq hücumçusu Dieqo Milito, sony.net-in mundial bölməsində köşə yazısıyla çıxış eləyib. 

Ölkəsini qalib kimi görmək istədiyini bildirən Milito, "Albiseleste"nin çempion olmaqçün lazım olan bütün keyfiyyətlərə sahib olduğunu, lakin bunun həmişə yetərli olmadığını da əlavə eləyib. 

İllərdi ki, ölkəsinin hətta yarımfinala belə çıxa bilmədiyini vurğulayan Milito, hazırki heyət oyunçularının karyeralarının pik nöqtəsində olduğunu buna görə də, uğura ümid bəslədiyini bildirib. 

"Suyun lal axanı, adamın yerə baxanı deyiblər -  mənim "lal axan su" namizədim Belçikadı. Lukaku, Azar kimi fərdi bacarığı yüksək səviyyədə oyunçuları var. Çox komandanın başını ağrıdacaqlar.

Pablo Zabaletadan çox şey gözləyirəm. Çox təvazökar oyunçudu - heç vaxt onu qəzet səhifələrində görməzsiz. Ancaq illərdi ki, həm "Man. Siti"də həm də ölkə yığmasında olduqca gözəl oyun sərgiləyir.

Messinin bombardir olacağına və  turnirin ən yaxşısı seçiləcəyinə inanıram. Düzdü, qarşıdakı mundialda bir neçə dünya səviyyəli hücumçu iştirak eləyəcək - Ronaldo, Van Persi, Neymar. Eləcə də Kloze və Aqüeronu da unutmamalı.  Ancaq Messi onlardan bir barmaq yuxarıdadı.

Bunlardan əlavə olaraq onu da deyim ki, güclü heyət heç də həmişə güclü fərdlər topluluğu demək deyil. Bu daha çox komandadaxili etika məsələsidi. Əgər bu sizdə varsa onda təxmin olunandan daha çox uğur qazana bilərsiz".


oxunma sayı: 683 | Paylaş:





?>