')

Bu gün:


FutbolPress.Az | DÇ-2014 : Ev sahibləri 6 dəfə udublar

DÇ-2014: Ev sahibləri 6 dəfə udublar


oxunma sayı: 391 Paylaş:

FutbolPressBu vaxta qədər keçirilmiş DÇ-lərin 6-nı ev sahibi ölkə udub. 

Birinci iki mundialın qalibləri - Uruqvay (1930) və İtaliya (1934) bu uğuru öz ölkələrində qazanıb. Ev sahibləri bundan sonra 32 il gözləməli olublar - ta ki, Tofiq Bəhramov "Uembli"də ingilislərin qələbəsinə kömək eləyənə qədər. 

1974 və 1978-ci illərdə keçirilən yarışda da təçkilatçı ölkələr kubok qaldırıb - əgər birincidə almanların qələbəsi təbii qəbul olundusa 78-də Argentinanın zəfərini daha çox Videla diktaturasının əsəri kimi təqdim eləyirlər. 

20 il sonra Fransa DÇ-də birinci oldu. Bu, hələ ki, ev sahiblərinin sonuncu uğurudu.

Braziliya 7-ci olacaqmı? - Hamlet futbolçu olsaydı, yəqin bunu soruşardı. 


oxunma sayı: 391 | Paylaş:





?>