7 dəqiqəyə "het-trik" (VİDEO)
Paylaş:
1982-ci ilin 15 iyununda keçirilən Macarıstan - Salvador matçı bir çox göstəricilərinə görə mundiallar tarixinin "ən"ləri sırasındadı.
Mərkəzi Amerika ölkəsinin 10-1 hesablı məğlubiyyəti bu mənada debüt antirekordudu. Onların ikinci və hələ ki, sonuncu DÇ macərası bu cür kədərli notlarla başlayıb. Luis Ramires Sapatanın vurduğu qolsa Salvadorun bu yarışlarda aktivinə yazdırdığı yeganə qoldu.
Macarıstanın 9 top fərqiylə qələbəsiysə mundiallar tarixində rekorddu.
55-ci dəqiqədə Andraş Teryoçikin yerinə oyuna girən Laslo Kişşsə 69, 72 və 76-cı dəqiqələrdə fərqlənərək ən qısa vaxtda (7 dəqiqə) "het-trik" eləyən oyunçu ünvanını qazanıb.
DÇ-lərdə iştirak eləmiş komandalar və nəticələri
Ən məhsuldar görüş
DÇ rekordçuları
| Paylaş: