')

Bu gün:


FutbolPress.Az | Braziliya küçələrdədi

Braziliya küçələrdədi


oxunma sayı: 410 Paylaş:

FutbolPressDÇ-nin startına bir həftə qalıb. Ev sahibi Braziliyadaysa kütləvi etiraz aksiyaları dayanmaq bilmir. Hökumətin turnirçün müəyyənləşdirdiyi büdcə (11-15 milyar dollar) aylardı ki, ölkə əhalisini qıcıqlandıran birinci faktordu. Səhiyyə, təhsil və sosial xərclərin artırılmasını istəyən etirazçılar, dünən açılışın olacağı İtakera (Arena Korintians) Stadionuna gedən əsas yolu kəsib. Aksiyada 10 minə yaxın adam iştirak eləyib. 

Prezident Dilma Rusefsə konstitutsional etiraz haqqının varlığına vurğu eləyərək bildirib ki, olanlardan narahat deyil: "Bu insanların ən təbii haqqıdı. Bundan istifadə eləməklərinə görə niyə narahat olmalıyam ki?". 

İki gün öncə 16%-lik maaş artımından sonra tətilləri dayandıran polislərdən sonra bu dəfə də San Paulodakı metro işçiləri müddətsiz tətilə çıxıblar. 


oxunma sayı: 410 | Paylaş:




?>