Məşqi 10 min nəfər izlədi
Paylaş:
Mundial hazırlıqlarını Alkmaarda (Hollandiya) davam elətdirən Hollandiya futbolçuları dünən məşqə çıxıblar. Baş məşqçi Lui Van Qaalın göstərişiyilə azarkeşlərin də bu məşqi izləməsinə şərait yaradılıb. Təxminən 10 min nəfər AZ "Alkmaar"a məxsus AFAS stadionuna gələrək milli komandanın hazırlığına canlı şahid olub.
Xatırladaq ki, Hollandiya DÇ-dəki ilk matçında İspaniyayla oynayacaq. Bu iki ölkə sonuncu mundialın finalçısı olublar.
| Paylaş: