')

Bu gün:


FutbolPress.Az | Mundialların bombardiri

Mundialların bombardiri


oxunma sayı: 555 Paylaş:

FutbolPressDünya Çempionatlarının final mərhələsində rəqib qapısına ən çox top vurmuş futbolçu Ronaldodu. "Həvədiş" forma geydiyi 3 (heyətə daxil olunduğu DÇ-94-də meydana daxil ola bilməyib) mundialda 15 dəfə fərqlənib. Brazilyalı daha bir rekordun da sahibidi - o, bu yarışların 11 matçında qol vurmağı bacarıb. 

Lakin bu rekordlar onun vətənindəki DÇ-də ötülə bilər. Almaniya millisinin hücumçusu Miroslav Kloze 9 mundialda 14 dəfə rəqib qapıçıları məyus eləyə bilib. 

Bir tsikldə ən çox top vuran oyunçuysa Jüst Fontendi. 1958-ci il DÇ-də 13 dəfə fərqlənən fransızın rekorduysa çətin ki, yaxın illərdə qırılsın. 1954-cü ilin bombardiri Şandor Koçişsə meydana çıxdığı 5 mundial oyununda 11 qol vurub. Bu bir matça, orta hesabla, 2.2 qol deməkdi.  Həmin çempionatda bircə final oyununda (Qərbi Almaniya 3:2 qalib gəlmişdi) fərqlənə bilməyən "Qızıl komanda" üzvü, qrup matçında Qərbi Almaniyaya 4 top vurmuşdu (Macarıstan - Qərbi Almaniya 8:3).


DÇ kateqoriyasındakı bütün xəbərlər


oxunma sayı: 555 | Paylaş:




?>