"Qızıl butsı" mənim olacaq"
Paylaş:
Almaniya yığmasının əsas hücum silahlarından olan Tomas Müller alman mətbuatına açıqlama verib. Qarşıdakı DÇ-də "Bundestim"in şansının yüksək olduğunu bildirən "Bavariya"lı, "Qızıl butsı"ya da iddialı olduğunu bildirib: "Ötən çempionatda bu mükafatı qazanmışdım. Əlbəttə ki, birinci yerdə yığmanın uğurudu. Ancaq inanıram ki, ölkəmin qazanacağı uğura vurduğum qollarla kömək eləyəcəyəm. Mənə elə gəlir ki, "Qızıl butsı" yenə mənim olacaq".
Xatırladaq ki, ötən mundialda 5 dəfə fərqlənən Müller, David Vilya, Vesli Sneyder və Dieqo Forlanla eyni sayda qol vurmasına baxmayaraq, məhsuldar ötürmələrdə rəqiblərini qabaqladığına görə ən sərrast bombardir seçilmişdi.
DÇ-lər tarixindəysə hələ ki, "Qızıl butsı"nu iki dəfə qazanan oyunçu olmayıb.
| Paylaş: