2038-ə qədər yer var (YAZI)
Paylaş:
1974-cü ildən DÇ qaliblərinə təqdim olunan çempionluq kubokunun alt hissəsində 17 lövhəcik qoyulub. Bu, 1974-2038 ci illər arasında keçiriləcək mundial qaliblərinin adının orda həkk olunması üçündü. Dünya çempionu olan ölkənin adı, öz rəsmi dilində, qarşısına il əlavə olunaraq orda yazılır: məs: "1974 Deutschland", "1994 Brasil" və s. Tək istisna 2010-cu ildi - İspaniyanın adı ingiliscə yazılıb: "2010 Spain". Səbəbsə o vaxtkı yığmanın əsasını təşkil edən oyunçuların Kataloniya mənşəli olmasıydı. Artıq söz-söhbətə, etnik qarşıdurmaya rəvac verməməkçün FIFA, Pireney təmsilçisinin federasiyasıyla anlaşıb bu yola əl atmışdı.
18 karat qızıldan hazırlanan, hündürlüyü 36,8 sm, ağırlığı 6,175 kq olan kubok FIFA-da qalır. Çempionlarsa onun kopyasını muzeylərinə aparırlar.
Xatırladaq ki, hazırki trofeyin sələfi "Victory"nin (1946-dan sonra Jül Rime kuboku adlanmağa başladı), mərhum FIFA prezidenti Jül Rimenin təklifinə müvafiq olaraq, 3 dəfə qalib olana həmişəlik verilməsi nəzərdə tutulmuşdu. 1958, 1962 və 1970-ci illərdə planetin ən güclüsü olmuş Braziliya millisi bu kvalifkasiyaya uyğun olaraq, 3-cü çempionluğundan sonra Jül Rime kubokunun əbədi sahibinə çevrildi.
DÇ kateqoriyasındakı bütün yazılar
Hazırki kubok üçünsə belə şərt yoxdu. Trofeyin aqibətinin 2038-dən sonra necə olacağınaysa hələ ki, qərar verilməyib.
| Paylaş: