')

Bu gün:


FutbolPress.Az | Ruh Azərbaycanda peyda olarsa... (YAZI)

Ruh Azərbaycanda peyda olarsa... (YAZI)


oxunma sayı: 1141 Paylaş:

FutbolPressAxır zaman oyun vaxtı stadionda ruh görünmək barədə xəbərlər artmışdır (Hətta bu, sanki adi hala çevrilmişdir - red.).

Artım nəticəsində camaatımız arasında ruhun olub-olmamağından ta cəhənnəm-cənnətə qədər hər şeyin var olması barədə mülahizələr konkretləşmişdir və  bir daha inanmayan bəndələrin başına qaxınc edilmişdir. Nəticədə ortada qəraib bir mənzərə formalaşmışdır.

“FutbolPress” olaraq ruhların dünyanın müxtəlif ölkələrinin yaşıl meydançalarında peyda olmasındakı məqsədin alt qatını, üst qatını, eləcə də orta qatını öyrənmək istədiyimizi bəyan edirik. Bəyanın ardınca baxaq ki, bizim ölkədə futbol klubları ruh haqda nə cür nə düşünürlər...

“Simurq”: Biz meydançalarda ruhların peyda olmasını ruhların meydançada peyda olması kimi səciyyələndirərək mövzünün qondarıldığını düşünürük...

“Xəzər Ləkəran”: Klubumuzu rəsmi saytında bu haqda məlumat vermişik. Klub olaraq yeni mövsümə milyonluq ruh transfff...

“Neftçi”: Vallah, yəni yenə sağ olsun.. həqiqətən, sağ olsun Sadıq müəllim!

“Bakı”: Ruhların da yaxşısı var, pisi var, məkrlisi var, məkrsizi var... Əsas odu ki, biz Avropada Azərbaycanın adını tanıdırıq. Lənd of Ruhnama.. ee çaşdım, çox kitab oxumaqdandı hamısı!

“İnter”: Bizə  deyil maraqlı ruh.. nədir bu xəbərlər cür.. düşməmək başa. Biz ruha vermirik reklam, çəkin əl.

“Qarabağ”: Ruhumuz! Azərbaycanımızın Qarabağı! Qarabağımızın ruhumuzu! Bizim ruhumuz! Növbəti turda ruhumuz qələbə çalacaqdır!

“Sumqayıt”: O ruh nədirsə, tutsaq, çırpıb, mitilini atacağıq! – Niyə ki? – Ə, maaşımız haçandı verilmir, dilxorçuluqdu..

"Rəvan": Bizə nələrsə olur...

"Araz Naxçıvan": Əəə, ruh nədi! Biz gəlirik!

AZAL: Ruh? O, bizik.. Biz ruhun özüyük! - Onda uçun...

“Xəzər Lənkəran”: Eee bir dəqiqə.. biz sözümüzü qurtarmadıq.   Ruh budəqiqələrdə  istefa verib. Yollarımızı ayırdıq. Klub rəhbərliyi ilə fikir ayrılığı yaranmışdı.  Azarkeşlərimiz darıxmasın, növbəti mövsüm milyonluq ruh uhuhuhhaaha...

“FutbolPress”


oxunma sayı: 1141 | Paylaş:




?>