')

Bu gün:


FutbolPress.Az | Mustafa Denizlinin istefasında biabırçılıq! (YAZI)

Mustafa Denizlinin istefasında biabırçılıq! (YAZI)


oxunma sayı: 1585 Paylaş:

FutbolPressMustafa Denizlinin istefası əvvəlcə bir neçə saytda çıxır, sonra klubun rəsmi saytında. Bu nə anormallıqdı? İşin "təşkilli" olduğu bundan bəllidir. O rəhbərliyin "siyasətinə" bələdik..

Bir də Mais Mənsimovun müsahibəsi çıxıb apasport.az saytında - Mustafanın istefası xəbəri yayılandan cəmi 5-6 dəqiqə sonra.. Bu qısa müddətdə haçan müsahibəni aldılar, haçan hazırladılar - mümkün olan iş deyil bu..

Hər şey əvvəldən təşkil olunmuşdusa, niyə klubun rəsmi saytında yox, başqa saytlarda verdirirlər bu xəbəri? Əgər verdirirlərsə, onda medianın acınacaqlı, biabırçı durumu dedikdə hansı kəsimin nəzərdə tutulduğunu ictimaiyyə bilməlidir; belə media olmur...

Bir də hər şeyin əvvəldən təşkil olunmasını bu qədər aşkar göstərmək biabırçılıqdı. Eyni "metodika" bundan əvvəlki məşqçilərin istefası vaxtı da yaşanıb.

Rednikin istefa verdiyini klubun vitse-prezidenti Tuyqun Nadirov redaksiyamıza zəng eləyərək demişdi - "Baxın, indi Rednik açıqlama verir, eşidirsiz? (Telefonda - red.). Özü deyir ki, mən gedirəm". 

Rednikin açıqlamasını həmin vaxt özlərinin "rəsmi saytı" apasport.az-a ötürürdülər, bizə də eşitdirirdilər. 

Bu halları yazıb, Rednikə "torba tikildiyini" bildirmişdik, elə bu məqalədən sonra o rəhbərlik redaksiyamıza qarşı əks-davranışlara başlamışdı, bir müddət sonra saytın dağıdılmasına cəhd göstərib, yarım aylıq buna nail olmuşdular, xeli ziyana salmıdılar.

Biz klubun fırıldaqla idarə olunduğunu həmin hadisədən sonra yazmağa başlamışıq; hələ də davam edir...

Mustafa Denizli dünən konfransda istefa verməyəcəyini qətiyyətlə deyib, bu gün niyə istefa verir? 

Bilirsiz niyə?

O, istefa verməyib. Onun keçirdiyi mətbuat konfransı Mais Mənsimova xoş gəlməyib, acığa düşüb, Denizlinin özüylə bugünkü görüşdə elə şərait yaradılıb ki, adam özü çıxıb gedib. 

Muzdlu azsaylı azarkeş dəstələriylə, kollektivin ona pis davranışıyla Mustafa Denizlinin təngə gətirilməsi "taktikası"...

XL-in idarəçiliyində ifrat bərbadlıqların olduğunu yazmamaq ayrı, bunu manipulyasiya eləyib, diqqəti çatışmazlıqlardan  yayındırmaq cəhdiysə lap ayrı ayıbdı. Heç olmasa, olanı, üzdə görünən gerçəkləri yazmaq lazımdı.

"Xəzər Lənkəran" bax, bu cür idarə edilir.

Denizlinin bir müddət əvvəl guya İstanbulda Mübariz Mənsimovla görüşdüyü və s. tipli xəbərlər yayılsa da, bugünkü proseslər tam xəbərlərin mahiyyətinə qətiyyən uyğun deyil. Böyük Mənsimov XL-dəki proseslərdən, yeyintilərçün açılan hoqqalardan xəbərdar olmalıdır artıq.

2008-ci ildə külli-miqdarda yeyinti üzündən qovulan hazırkı rəhbərlik 2009-da yenidən kürsüyə qayıdıb, Tuyqun Nadirovu da başına cəmləşdirəndən sonra yenə XL fırıldaq yolu tutub.

Mustafa haqda bəzi saytlarda aparılan  qara-piarın da bu rəhbərlikdən göstəriş kimi verildiyini bildirməyə gərək yoxdu - artıq azarkeşlər hər şeyi bilir... Bu əbləh metodika əvvəldən davam eləyir. Ancaq bir həqiqət danılmaz şəkildə ortadadı: nə Rednik, Nə Yunis, nə Biçər, nə Bakes, nə Toşak, nə Denizli günahkar bilinib istefaya göndəriləndə rəhbərliyin yarıtmazlığı unudulmamalıdır. Bununçün ədalətsiz, qərəzli  olmaq  "Xəzər Lənkəran"ın xilasını istəməməkdir.

"FutbolPress"


oxunma sayı: 1585 | Paylaş:




?>