')

Bu gün:


FutbolPress.Az | Mikayıl Nərimanoğlunun nəyinə mükafat verilib?  (QEYD)

Mikayıl Nərimanoğlunun nəyinə mükafat verilib? (QEYD)


oxunma sayı: 1450 Paylaş:

FutbolPress“5 mart - Bədən tərbiyəsi və idman günü” münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyevə «Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi» fəxri adı verilib". 

mənbə: affa.az

Anlaşılmaz çox şey var Azərbaycan futbolunda. Ancaq  Mikayıl Nərimanoğluna keçən il əməkdar jurnalist (niyə?!), bu il belə bir mükafat verilir - mahiyyətcə anlaşılmazlığın ana teoreması...

Kiminsə mükafat almağına sevinənik. Ancaq Mikonun nəyinə, niyəsinə, hansı tərəfinə görə verilib bu mükafat? 

Ölkədə idarə strukturları, dövlət qurumları mükafatları bir-birinə verir; ən yaxşı halda, tapşırılmışlara... Normal düşüncəyə görə isə fəaliyyətdəki sahəsinə uğurlar, yeniliklər gətirənə verilməlidi. 

Mikayıl Nərimanoğlunun rəhbərliyində olan AFFA Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti bu sahəyə hansı yeniliklər gətirib? Gətirmək bir yana, gətirib verilsə belə, tətbiq edə biləcək potensialdadırmı bu rəhbər?

Nərimanoğlu veb nədir, sosial sfera, sosial şəbəkə, veb-media nədir, bilmir. Ona mükafat niyə verilir? Çünkisi yuxarıda işarələnib..

AFFA-nın media ilə əlaqələri çox pisdir. Mükafat nəyinə verilir? Çünkisi  bəllidir belə şeylərin...

Bircə son bir ayda heç vaxt saymadıqları bəzi KİV-lərə müxtəlif səfər təklifləri ediblər, onu da oturub fikirləşdik, anladıq ki, işin içində peşəkar yanaşma yox, sadəcə, AFFA prezidenti Rövnəq Abdullayevin iki gün sonrakı hesabat-konfransına görə medianın radikallığını azaltmaq cəhdi var. Belə təklifə müsbət yanaşmaq olmaz.  

Daha peşəkar münasibət. normal yanaşma formaları düşünmək olardı; bura bazar deyil. bazardısa, onda piştaxtaları səhv salmaq olmaz. 

Media ciddi və hörmətedilən sahə olmalıdı. Mikayıl Nərimanoğlu isə həmkarlarına qarşı hörmətsizlik edir. Kimisi bu davranışları incəliyinə qədər sezib qiymət verir, kimisi isə "əşşi" - deyib, "nə oldu, oldu.." prinsipiylə yanaşır.

 Mükafatınız na-mübarək! Siz peşəkarlıq bir yana, adi idarəçilik, sahənizdəki xırda detalların həllini öyrənsəz, bizdən təbrikiniz elə bilin ki, mükafat kimi hazırdır... Hələlik isə başaldatmaqda davam edin, cənab Miko, hörmətli fəxri bədən tərbiyəsi və idman işçisi.. klipin bu yerində neləyirik, gülürük?

Elçin CƏLİLOV


oxunma sayı: 1450 | Paylaş:




?>