')

Bu gün:


FutbolPress.Az | Vıdı-vıdı dığı-dığ: proqnoz (SİTAT)

Vıdı-vıdı dığı-dığ: proqnoz (SİTAT)


oxunma sayı: 1147 Paylaş:

FutbolPressAzərbaycanın ən yaxşı məşqçisi, bu sahənin ağsaqqalı sayılan Ağasəlim Mircavadovdu - el belə hesab eləyir. Açıqlamasında deyib ki, qrupda ən çox Maltadan qorxuram və s.

Azərbaycan millisi Avro-2016-ya seçmə mərhələ üçün atılan püşkdə H qrupunda İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta ilə rəqib düşüb.

Və mediada gah məşqçilər, gah futbolçular, yaxud hansısa futbol funksionerinin  açıqlama dalınca açıqlamaları çıxır. Hamısını bir yerə toplasan, yüzünün birlikdə cəmi iki-üç cümlə işlətdiyi aydın olar: Çətin qrupdu, üçüncülük üçün şans... və s. və i. a.

Bunların hansı birindən ciddi, detallı, arqumentli təhlil eşitmisiz indiyətən?

Mircavadovun Maltadan qorxmasında faciəli heç nə yoxdu. Bizim futbol iradəmiz Maltadan qorxacaq qədərdi elə...

Foqts və baş katib Elxan Məmmədov da üçüncülük üçün mübarizə aparılacağını elə deyiblər. Guya bu üçüncü yer hansısa lüksa sahibləndirir, ya futbol inkişaf eləyəcək dərhal?

Ən doğrunu elə Foqts deyir: məndən proqnoz soruşmayın.. Adam da Azərbaycan yığmasına proqnoz verər?

Elçin CƏLİLOV


oxunma sayı: 1147 | Paylaş:




?>