')

Bu gün:


FutbolPress.Az | “Qoy Hafiz müəllim gəlsin...” (QARALAMA)

“Qoy Hafiz müəllim gəlsin...” (QARALAMA)


oxunma sayı: 708 Paylaş:

FutbolPress“Qoy Hafiz müəllim gəlsin...”  - bu ifadə qulaqlarımızı doldurub. “FutbolPress”dən “Bakı”ya kim zəng eləyirsə, hərlənib-fırlanıb, sonda Yaşar Seyidovla danışa bilir. Başqa kimsə telefon açmır. Ara-bərə Nəriman Mehdiyev insaflanır...

Dünən də Yaşar müəllimə zəngimiz baş verdi. Məqsəd “Bakı”nın, nəhayət, çoxdan danışılan yeni idarəetmə strukturunun tətbiq edilməsi haqda xəbərlərə rəsmi münasibət öyrənmək idi.

Məlumatlarda bildirilirdi ki, yeni struktur və kadr təyinatları təsdiqlənib – klubun əsas idarəçiləri ispanlar olacaq və s.

Yaşar Seyidov mözuya aid sualımıza cavabına belə başladı: “Qoy Hafiz müəllim gəlsin... (İlahi-pərvərdigara, hardadı Hafiz müəllim, 100-cü dəfədi eyni sözü eşidirik), özü danışar hər şeyi, mən nə deyim. Nəsə desəm, düz çıxmaz, nə lazımdısa açıqlayar özü. Xaricdədi, buyaxınlarda gəlməlidi”.

- Yaşar müəllim (soruşuram), Hafiz müəllim açıqlama verəcək, ancaq başqa jurnalistlərə, mümkündü ki, paket də versin, içində pul, ki, əks yazılmasın. Bizə indi lazımdı açıqlama, varsa məlumat, deyin, yoxdusa, onu da deyin.
- Yox, elə danışma, biz dostuq. İnşallah, hər şey danışılacaq da, bir az səbrli olaq, Hafiz müəllim gəlir.
- Yaşar müəllim, sanki Hafiz müəllimin gəlişi üçün səbrsizlənirik. Elə deyil. Biz oxucuya dəqiq  məlumat çatdırmaq üçün zəng eləmişik. Yenilik varsa, bildirin, yazılanlar doğrudumu, yoxdusa, onda onu da deyin.
- Yoxdu-yoxdu, heç bir yenilik yoxdu hələ. Hər şey əvvəlki kimidi.
- OK.  Təşəkkür..
- Sizə də..

Yaşar müəllim son danışığımızda da eyni sözü demişdi. Başqa məlumatla bağlı zəng eləmişdik, yenə - “Hafiz müəllim gəlsin...”.

Açığı, bu söz artıq bizim redaksiyada gülüş, əyləncə mənbəyinə çevrilib. Siz bilirsiz Hafiz müəllimin “gəlməyi” nə deməkdi?
Binəva Yaşar müəllim elə bilir ki, bizim də səbrimiz daşıb və onları təngə gətirən başqaları kimi, məlumat almaq yox, “bax, yazaram haaa” deməkçün zəng eləmişik, o da Hafiz müəllim gələr, haqqınızı verər, düzələr – deyir bununla... Neyləsin. Biz bu həqiqətləri bilməsəydik, klub rəsmisi kimi, bizə söz davranışına daha radikal cavab verərdik. Adam haqlı, bəylər...

Azərbaycan mətbuatı bu gündədi. Biz günümüzü sayırıq, siz pulunuzu sayın... Oxucuya da dəqiq məlumat elə çox vacib deyil.

Elçin CƏLİLOV


oxunma sayı: 708 | Paylaş:




?>