Bu gün:


FutbolPress.Az | Daldan... 

Daldan... 


oxunma sayı: 3731 Paylaş:

FutbolPress
ashabanoglu@gmail.com

Bizim gənclik hər şeyə bir seksual məna qoşmaqda pərgardır. Bu təbəqənin nümayəndəsi kimi milli komandanın son oyunu ilə baglı başıma gələnləri bölüşüm. Oyuna gözlənilmədən (elə bil qazaxlara oyunu verən bunlar deyildilər) fəal başlayan futbolçularımızın "dıxaniye"si ilk qolacan bəs etdi.
Bundan sonra ikinci qol gəldi və bu cür "ucuz pornoqrafiyaya" baxmaqdansa daha keyfiyyətli və gerçək sənət əsərinə üstünlük verdim. Dogrudur, "Rossiya 2" telekanalından yayınlanan oyunun səsini kəsməmişdim. Azərbaycan-Almaniya oyununun şərhçisinin səsi gimnast qızların "Dulyeta" filmində yaratdıgı xaruqələrə mane olmurdu əksinə "istefa" şuarları ilə qəşəng sintez təşkil edirdi. Filmin kulminasiya nöqtəsində Murad Hüseynov adlı həvəskar "tapıntı" qol vurduguna özü də inanmadı, o ki qala mən. Bir anlıq gözümü televizora çevirdim.

Bizimkilər bir sevinmək sevinirdi gəl görəsən.

Jurnalistlərin Berti Foqtsa afatafa və tualet kagızı hədiyyə etməsini bir necə dəfə yada salan rus şərhçi isə "kiçik komandaların böyüklərdən fərqi budur, son dəqiqələr gedir, topu götürüb mərkəzə qacmaq əvəzinə, görün, nə edirlər" deyə təəccübünü gizlətmirdi. Bu "cılız tamaşaya" daha baxmaga hal yox idi, televizoru söndürüb fikrimi "Dulyetaya" cəmlədim...
Məni qınamayın, Azərbaycan futbolunu izləmək ağır yükdü. Xüsüsən beynəlxalq oyunlarda. Ona görə saglamlıgınıza biganə deyilsinizsə, hansı şəkildə bacarırsız, bu prosesi yüngülləşdirin. Pivə və ya daha təsirli içkilərlə antidepressantlar və ya başqa hər hansı vasitəylə. Etiraf edim ki, mən seçən variant da pis alınmadı...

Əsrin 31 jurnalisti, 69 futbol adamı və "Daldan" şirəsini sevənlər

Pornoqrafiya demiş, futbolsuzlugun 100 illiyi ilə baglı hansı din-məzhəbə qulluq etdiyi bəlli olmayan Bakı Futbol Federasiyası birdən-birə "əsrin 33 idman jurnalistini" seçib. AFFA-nın bütün yaşlarda uşaqlara cempionat keçirməyə başlamasından sonra gəlir mənbəyi "Sabahın ulduzları" turniri əldən çıxan Məzahir Süleymanzadə bu "haqq-hesaba" görə dövlətdən nə qədər pul alıb, bilmirəm. Sadəcə bəzi iradlarımı nəzərinə çatdırmaq istəyirəm. Əgər 33 rəqəminin əvəzinə türkün sözü 31 olsaydı, onu bizdə başa düşərdik, türk qardaşlarımız da. Birdə bu dilənçilər kimdi axı, o qədər imkanlı adam duran yerdə? "Əsrin 69 futbol adamı" seçılsə və onların hərəsi 69 manat şirinlik versə, gör gəlib hara cıxır?!

Laureatlar arasında Şakir Yaqubov, Aqşin Kazımzadə və başqa dəyərli agsaqqallar kimi layiqlilər də var, yerli-dibli idman jurnalistikasında olmayanlar da. Bəlkə də buna görə tədbirdə iştirak edən Aqşin müəllimin ürəyi dözmədi ordan dərhal xəstəxanaya aparıldı və ...haqq dünyasına qovuşdu (Şakir müəllim agıllı iş görüb tədbirə gəlməyib). Onu da deyim ki, belə adamların yanında özümü ümumiyyətlə, jurnalist saymıram və təbii ki, hər hansı mükafata da iddiam yoxdu. Baxmayaraq ki, əlimdə jurnalist diplomu var. Hətta Məzahir Süleymanzadə kimi müəllimim olub... Amma Azərbaycan Beynəxalq Universitetinin özü də, diplomu da, müəllimləri də, tələbələri də (bu şəraitdə necə mütəxəssis yetişəsidi ki?) dəyərli olmayıb. Orda yalnız bir dəyər olub - pul. Bu üzdən Tanrı mənə nə Məzahir müəllimin, nə başqa müəllimlərin "dərslərində" iştirak etmək "xoşbəxtliyini" nəsib edib. Əvəzində obyektivliyi, vətənpərvərliyi, türkçülüyü, maddi dəyərləri hec vaxt mənəvi dəyərlərdən üstün tutmamagı aşılayan, "ac olub, kişi olmagı" həyat şüarıma çevirən Mahir Rüstəmli kimi müəllimin yanında praktika keçmişəm. Təəsüf ki, "müasir idman jurnalistikamızın müəllimi" deyə biləcəyimiz Rüstəmli də Süleymanzadənin "kryuçok"una düşüb. Mahir də bu tədbirdə iştirak edib, hətta Məzahir Süleymanzadəyə təşəkkür də yazıb. Bundan sonra məndə belə bir təsəvvür yaranır ki, ABU-nun keçmiş müəllimi istəyinə çatıb. Söhbət təkcə bu mükafat və ya sadəcə futboldan getmir. Söhbət cəmiyyətin mənəvi aşılanmasından gedir. Hətta ən radikal və ən obyektiv idman jurnalistlərini də Məzahir müəllim "sındırdı". Əminliklə deyə bilərəm ki, 33-lər siyahısındakı gənclər futbolumuzu internetə və dünya mətbuatına daşıyan Erkin İbrahimov və ya Rasim Mövsümov kimi isimlərə durbinlə baxsalar da, o zirvəni görməzlər...

Gənclər dedim, son günlərin ən çox danışılan olayı yadıma düşdü. Azərbaycan gəncliyi ücün təzə mırt tapılıb. Hansısa "zarafatcıl oglan" meyvə suyu şüşəsinin üzərində bir söz görüb sevinib və təbii ki, bunu hamıya yayib. Facebooku açırsan, hərə profilinə bu şüşənin şəklini pərçimləyib, ərinməyib, xaricə bu haqda ətraflı sms yazanlar da var.

Bugünəcən Ukrayna istehsalı olan meyvə şirələrinin üzərindəki sözün belə bu qədər səs-küy salmadıgını deyə bilərik. İndi qızgın mübahisələr gedir ki, bəs, magazadan bu meyvə şirəsini almaq istəsək, satıcıya necə müraciət edək və s. Məsələnin dərinliyinə getsək, bəlkə də bu, sadəcə fotomontajdı. Amma lap gercəksə belə, "dal" sözü türkcədən "budaq" kimi tərcümə olunur. Məzahir Süleymanzadə kimi müəllimlərin sayəsində nəyi var deqradasiyaya ugramış, təhsil əvəzinə təhsildən başqa hər şey görmüş gənclikdən bundan artıgı gözləniləsi deyil. İnsafən, Məzahir Süleymanzadə kimilərin varlıgının müsbət tərəfi də var. Belələrini görəndə SSRİ nostalgiyasıyla yaşayanların nağılbazlığı ortaya çıxı, və kommunizmə sonsuz nifrət yaranır. Ona görə də Məzahir müəllim yaşayıb-yaradıb, "əsrin 33 yaltağı" müsabiqəsini də keçirsə, çox məntiqli olar. O zaman təmənnasızlıqda özünə oxşayan qardaşı Tahir bəy də mükafatsız qalmaz. Düzdü, bu naməlum türk agentliyinin "Avropada ilin ən yaxşı 31 klub prezidenti" mükafatından fərqlənməyəcək. Zato, "Neftçi"nin prezidentini el-aləmdə rüsvay edib "xalq komandası" ünvanını "Qarabag"a qapdıranların analoqu olmayan mükafat siyahısı artacaq. Bununla da göydən üç alma düşəcək, qapılar Ukrayna istehsalı olan meyvə şirələrindən içəcək, qapılar baglanacaq, futbolumuz və ölkəmiz yalnız Süleymanzadə kimilərin dilində inkişaf edəcək...

Yazarın bütün yazıları

oxunma sayı: 3731 | Paylaş: