')

Bu gün:


FutbolPress.Az | Futbolsuzluğun 100 illiyi

Futbolsuzluğun 100 illiyi


oxunma sayı: 1452 Paylaş:

FutbolPress
ashabanoglu@gmail.com

Zeynəddin kəndindən Papua Yeni Qvineyayacan

Emosiyaları və milli hissləri kənara qoyub bugünəcən Quzey Azərbaycandan FUTBOLÇU çıxmadığını və dünya futboluna, Şərif Ağayar demiş, uşaq duduşu boyda da xeyir vermədiyimizi etiraf etməliyik. Əlbəttə, "Bəs Əli, Vəli, Pirvəli, Ələkbərlə Anatoli onlardan Eduard isə hamıdan irəli" deyənlər tapılacaq. Amma bu yarısı və ya hamısı erməni, rus, qaraqalpaq və ya heç özlərinin də kimliklərini bilmədiyi iki-cüt bir tək isimin adını çəkmək özünü aldatmaqdan başqa bir şey deyil. Bir anlıq gözünüzün önünə FIFA reytinqində son sırada gedən Papua Yeni Qvineya futbolunun 100 illiyi münasibətilə keçirilən təntənəni gətirin... Nə reaksiya verərdiz?

Rəhmətlik Heydər Əliyevin, "Sən kimsən axı İbrahim İbrahimov, sən Zeynəddin kəndinin müəllimisən, mən böyük siyasətdə olanda sən aşırmalı şalvar geyinirdin" sözləri yadıma düşür. Etiraf edək ki, İbrahim İbrahimlinin hərəkat və müstəqilliyimizn ilk illərindəki xidmətləri Azərbaycanın dünya futbolundakı rolundan muqayisəedilməz dərəcədə böyükdü. Pəki, bu FIFA, UEFA prezidentlərini, nə bilim, daha kimləri Bakıya yığıb özümüzü məsxərə obyektinə çevirməyə nə ehtiyac var? Adama deməzlər ki səni Qazaxıstan da qaz edir, hansı gününədir bu toy-büsat ay bədbəxt? Necə deyərlər, utanmasan "Buta Palace"da qol qaldırıb oynamağa nə var ki...

Peysər futbolçular

Düzdü, açığını, söyləmək lazımsa, biz asiyalılardan daha güclüyük. Sadəcə daha internasional ölkə olsa da bizimkilərdən fərqli; onların futbolçularının milli qüruru var. Ümumiyyətlə azərbaycanlı futbolçuların, tibb dili ilə desək, bazal temperaturu çoxdan normani aşıb. Fransadan Lixtenşteynə kimsə bu temperaturu sala bilməyibsə, çətin ki indən sonra Qazaxıstan, Tacikistan salsın. Necə deyərlər, öyrəşmiş bazal temperatura tövbə yoxdu. Azərbaycanlı futbolçunun portret cizgisini yaratmaq istəsək, burda bir faktın üstündən keçə bilmərik. Bizim futbolçular söyüş eşitmək üzrə dünya futbolunun liderlərindəndi. Amma bu söyüşlərin yalnız öz azarkeşlərindən gəldiyini nəzərə alsaq, birincilik, heç şübhəsiz, futbolçularımıza çatacaq.

Portret cizgilərini çəkməyə davam etsək hətta özünü əsrin futbolçusu sayan veteran 100 dollara görə onun bunun qarşısında əyilməyə vərdişkardısa onda elə ortastatistik azərbaycanlı futbolçunun dəyəri də bundan artıq deyil. Azərbaycan millisi dini örgütə bənzəyir. Amma nədənsə bunlar yalnız türk qardaşlarımıza cihad edir, dini sirri bilinməyən qazaxlarla oyunda məzə çırtladırlar. Dini jarqona muraciet etsək Azərbaycanda milli formanı geyməyi haqq edən oyunçu yoxdu. Bu forma azərbaycanlı futbolçuya halal deyil və inshallah Allah bu dunyada olmasa da o biri dünyada bu formanın başına açdıqlarınızın bəlasını verəcək!

100 illik dərd

Uşaqlıqdan milli komandayacan saxtakarlıq zənciri ilə hərəkət edən adamdan bundan artığını gözləmək düz deyil. İstedadsız, amma daydaylı uşaq istedadlı daydaysız uşaqdan daha hörmətli və imtiyazlı olur sürəkli aşağıyaşlardan ibarət millilərə çağırılır. Hazırda milli komandada çıxış edən bəzi futbolçuların (məsələn, Cavid Hüseynovun) tapşırıqla millidə oynadığı söylənilir. Bunacan isə Zeynal Zeynalov haqda eyni söhbət gündəmə gəlmişdi. Azərbaycan futbolunda hər şey alınıb-satılır. Uşaq komandasının oyunlarını məşqcilər alıb-satır. AFFA nümayəndələri burda da fəallıq göstərir (bunu gözümlə görmüşəm). Hər iki komandada "lipa" olsa da kim "görum-baxım" edirsə, qələbə, kubok, nə bilim, daha nə onun olur.

Futbolumuzun bəlası beşikdən - uşaq futbolundan başlayır. Məzahir Süleymanzadə demişkən, Azərbaycan Futbolunun Faciələrinin Atası AFFA isə bütün bunlara göz yummaqla kifayətlənmir, əksinə, bütün bunarın başında gedir. Kim deyirsə ki Azərbaycan futbolunda sistem yoxdu, inanmayın. Azərbaycan futbolunda çox güclü sistem var və bu sistem sürətlə inkişaf edir. İldən-ilə dövlət vəsaitini daha böyük iştahla talan edən AFFA və klub məmurlarının ciblərinə daha çox para qazandırır. Yenə də dini terminlərə müraciət edib "HARAMINIZ OLSUN" deyək və satqın jurnalistlərimizdən sadəcə bir suala cavab axtarmağı xahiş edək: AFFA-da neçə milyonçu var?

Və sonda arzular... Belə vəziyyətdə futbolumuzun kecmişi gələcəyindən daha işıqlı görünür. Bu əziz gündə son olaraq söylənəcək bir şey qalır: 100 illiyin heç mübarək olmasın, Azərbaycan futbolu! Sən bizi idmanın şahından iyrəndirdin! Əsəb və ürək xəstəsi etdin! Tüpürüm sənin hər şeyinə!!!

Yazarın bütün yazıları

oxunma sayı: 1452 | Paylaş:





?>