Komitələr birləşəcək - Xaqani Məmmədovun yerinə Vüsal Əliyev hazırlanır
Paylaş:
UEFA Azərbaycandan Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsinin birləşdirilməsini istəyir. Bu iki qurumun HK-da birləşməsi müzakirə olunsa da, hələ nəticə yoxdur.
Ali qurum artıq növbəti dəfə bu haqda bildirişlə müraciət edib. Bəs komitələrin birləşməsi niyə gecikir?
Hakimlik futbolda ən strateji istiqamətlərdəndi. Ona görə də birləşmənin nəticəsində vahid komitənin hansı qüvvənin kurasiyasına keçəcəyi məlum olmadığı üçün proses ləng gedir.
Əldə etdiyimiz məlumata görə, vahid komitənin sədri postuna iki əsas namizəd var. Bunlar HK-nın hazırkı sədri Xaqani Məmmədov və keçmiş FIFA referisi Vüsal Əliyevdir.
Məmmədovun Əliyevlə əvəzlənəcəyi real məsələdir, lakin başqa iddialılar da var.
| Paylaş: