')

Bu gün:


FutbolPress.Az | "Qol vuracağıma söz verməmişəm" - Lukas Qomes

"Qol vuracağıma söz verməmişəm" - Lukas Qomes


oxunma sayı: 407 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında XVII turun "Neftçi" - "Zirə" (1:1) oyunundan sonra "ağ-qaralar"ın futbolçusu Lukas Qomes jurnalistlərin suallarını cavablandırdı...

- "Neftçi"nin bu oyunda 2 xal itirdiyini demək olar?
- Əlbəttə. Biz hər oyuna qələbə üçün çıxırıq. Bu gün də çox istəyirdiik ki, azarkeşə hədiyyə edək, amma alınmadı.

- Oyunda komandaya demək olar ki, kömək etmədiniz. Bunun səbəbi nə idi?
- Bu gün tək hücumçu mən idim. İstəyirdim fərqlənim, lakin rəqib yaxşı qapanmışdı. Mənə də çirkli işlər görmək qalırdı, yəni komanda yoldaşlarıma yol açmalıydım. Növbəti oyunlarda daha çox çalışacam ki, komandama xeyrim dəysin.

- Mətbuatda belə bir fikir var ki, "Neftçi"dəki transferləri oyun diskinə baxandan sonra reallaşdırıblar. Sizi də, belə dəvət ediblər?
- Məni belə şeylər maraqlandırmır.

- Artıq mövsümün sonuna az qalıb. Bir neçə oyun oynamısınız. Qol vura biləcəksiz?
- Qol vuracağıma söz verməmişəm. Bunu heç vaxt etmirəm. Oyundu, ola da bilər, olmaya da..


oxunma sayı: 407 | Paylaş:




?>