İqnasio Errera: "Yeni transferlərdən gözləntilərim böyükdü"
Paylaş:
Topaz Premyer Liqasında XVII turun "Neftçi" - "Zirə" (1:1) oyunundan sonra "ağ-qaralar"ın futbolçusu İqnasio Errera jurnalistlərin suallarını cavablandırdı...
- Baş məşqçi komandanı tənqid edirdi. Nə deyirdi?
- Bu, komanda daxili söhbət idi. Ona görə də açıqlama vermək məcburiyyətində deyiləm. Oyun haqda danışsaq, biz sona qədər çalışdıq, qol da vurduq, amma alınmadı.
- Vurduğun zərbə zamanı qapıçının diqqəti itirdiyini hiss eləmişdiniz. Bundan yararlandınız, yoxsa təsadüf oldu?
- Xeyir, qapıçının diqqəti itirdiyini görmədim, zərbə vurmağa hazır idim və vurdum. O da qol oldu. Çalışıram, həmişə komandaya xeyir verim. Rəqib də zəif deyildi. Baxmayaraq ki, bu gün xal itirdik, amma yenə də qələbə haqqında düşünəcəyik.
- Serqoviya və Barqasla bir vaxtda gəlmişdiniz, amma onlar etimadı doğrultmadılar və getdilər. Yeni futbolçular haqqında nə deyə bilərsiz?
- Hər bir yeni futbolçu Azərbaycana gələndə adaptasiya olmalıdır. Yeni gələnlər də 3 həftədir ki, burdadılar. Onlar çalışırlar, komandaya uyğunşlasınlar. Biz də o dövrü keçmişik. Yeni transferlərdən gözləntilərim böyükdü.
| Paylaş: