')

Bu gün:


FutbolPress.Az | "Qırmızı vərəqə oyuna təsir etdi" - "Zirə"nin məşqçisi

"Qırmızı vərəqə oyuna təsir etdi" - "Zirə"nin məşqçisi


oxunma sayı: 209 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında XVII turun “Neftçi” – “Zirə” (1:1) oyunundan sonra qonaq komandanın köməkçi-məşqçisi Elnur Çodarov jurnalistlərin suallarını cavablandırdı.

O əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Bilirdik ki, çətin və ağır oyun olacaq. Qəbələdəki olaylardan sonra heyətdə itkilər var idi. Uşaqlar taöpşırıqları yerinə yetirdi. Qırmızı vərəqə oyuna təsir etdi. Müdafiədən oynamalı olduq. Qəbələdə baş verənlərə görə psixoloji durum yaxşı deyildi. Həftə ərzində bu barədə söhbət etmişdik. Uşaqlar bunun öhdəsindən gələ bildi.

- İkinci hissədəki sanki heç-heçə hesabını qorumaq istəyirdiz. "Qəbələ"nin məğlubiyyətinin buna təsiri oldumu?
- Əsas heyətin bəzi oyunçuları gedib və yenilərin adaptasiyası ləngiyir. Bir neçə oyun lazım idi ki, tam uyğunlaşsınlar. “Qəbələ”nin oyununa fikir vermədik. Biz öz oyunumuzu göstərdik. Komandadan razıyam.  Məqsədimiz uduzmamaq idi.

- İlk dəfə texniki zonada dirijor olduz. Özünüzü necə hiss etdiz?
- Normal.

- İlkin Muradov bir qədər məsuliyyətsiz hərəkət etdi. Cəza ola bilərmi?
- Təkrara baxacağıq. Analizdən sonra qərar verəcəyik.


oxunma sayı: 209 | Paylaş:




?>