')

Bu gün:


FutbolPress.Az | Hollandiyada Azərbaycan derbisi qolsuz başa çatdı

Hollandiyada Azərbaycan derbisi qolsuz başa çatdı


oxunma sayı: 88 Paylaş:

FutbolPressFutbol üzrə Hollandiya I Liqasında (Jupiler Liqa) 26-cı turun oyunları keçirilib.

Tur azərbaycanlı futbolçuların komandalarının qarşılaşmasıyla əlamətdar olub. Ziya Əzizovun formasını geyindiyi “Den Boş” doğma meydanda U-21 millimizin üzvü Ozan Can Kökçünün çıxış etdiyi “Valveyk”lə üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb.

Futbolçularımız da matçın iştirakçısı olublar. Start heyətdə meydana çıxan Əzizov 77-ci dəqiqədə əvəzlənib. Ozan Can isə matçın 84-cü dəqiqəsində meydana buraxılıb.

26 oyuna 36 xal toplamış “Den Boş” hazırda 20 kollektiv sırasında 10-cu, 24 xalı olan “Valveyk” isə 18-ci pillədə qərarlaşıb.


oxunma sayı: 88 | Paylaş:




?>