"Qarabağ" Türkiyədə ilin ən yaxşısı seçiləcək?
Paylaş:
Türkiyənin məşhur “Milliyet” qəzeti “İlin idman mükafatları” adlı ənənəvi sorğusunu bu il də davam etdirir.
2017-ci ilin ən yaxşı komandaları arasında Azərbaycan çempionu, bu mövsüm UEFA Çempionlar Liqasında tarix yazan “Qarabağ” da yer alıb. Digər namizədlər isə Türkiyənin əlil futbolçulardan ibarət millisi, “Fənərbağça”nın basketbol klubu, “Vakıfbank” voleybol klubu, “Beşiktaş” futbol komandası və əlil basketbolçulardan ibarət yığmadı.
Sorğu mart ayının 21-nə qədər davam edəcək.
| Paylaş: