')

Bu gün:


FutbolPress.Az | Azərbaycanın daha bir idmançısına dopinq cəzası

Azərbaycanın daha bir idmançısına dopinq cəzası


oxunma sayı: 228 Paylaş:

FutbolPressAzərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib. Söhbət Yekaterina Sarıyevadan gedir. 

Yüngül atletika üzrə Azərbaycan millisinin üzvü 12 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il sentyabrın 23-dən qüvvəyə minib.

Yekaterina Sarıyeva üçtəkanla tullanmada III İslam Həmrəyliyi Oyunlarında qızıl, IV İslam Həmrəyliyi Oyunlarında isə bürünc medal qazanıb.

Buna qədər Azərbaycanın daha 5 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.


oxunma sayı: 228 | Paylaş:




?>