')

Bu gün:


FutbolPress.Az | "Neftçi"nin bazası nə vaxt hazır olacaq? - vitse-prezident açıqladı

"Neftçi"nin bazası nə vaxt hazır olacaq? - vitse-prezident açıqladı


oxunma sayı: 443 Paylaş:

FutbolPress"Neftçi"nin hazırda inşası davam edən məşq bazasının hazır olacağı vaxt müəyyənləşib. Baza 2019-cu ilin sonunda istifadəyə veriləcək.

Bu barədə jurnalistlərə açıqlamasında klubun vitse-prezidenti Elnur Eyvazov məlumat verib:

"Neftçi"nin hazırda inşası davam etdirilən təlim-məşq bazasını 2019-cu ilin sonunda təhvil verməyi planlaşdırırıq. Orda əlavə iki yeni süni meydança qurmaq niyyətindəyik. Bildiyiniz kimi, üstüörtülü meydançamız da mövcuddu. Onun yenidən bərpası düşünülür. Bütün işlərimiz yalnız tikinti ilə bağlı olmayacaq. Bəzi işlər də var ki, onlar da öz həllini tapmalıdır. "Neftçi"nin akademiyası dağınıq vəziyyətdədir. Bu məsələni də kompleks şəkildə həll etməyi düşünürük".

"Neftçi"nin İsmət Qayıbov adına təlim-məşq bazası Bakıxanov qəsəbəsində, İsmət Qayıbov adına stadionun yerində inşa olunur.


oxunma sayı: 443 | Paylaş:




?>