')

Bu gün:


FutbolPress.Az | Rəqibi təhqir edən futbolçuya 3 oyunluq cəza

Rəqibi təhqir edən futbolçuya 3 oyunluq cəza


oxunma sayı: 89 Paylaş:

FutbolPressBu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb.

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 16-cı turun “Kəpəz” – “Keşlə” matçında “Keşlə”nin futbolçusu Oleq Hüseynov rəqib futbolçuya qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.

I Divizionun 14-cü turunun “Turan Tovuz” – MOİK matçında MOİK-in futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

I Divizionun 14-cü turunun “Xəzər” – “Sabah” matçının 83-cü dəqiqəsində “Sabah”ın futbolçusu Şirməmməd Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.


oxunma sayı: 89 | Paylaş:




?>