')

Bu gün:


FutbolPress.Az | "Sumqayıt"dan "Neftçi"yə futbolçular cəlb edə bilərik" - Ceyhun Sultanov

"Sumqayıt"dan "Neftçi"yə futbolçular cəlb edə bilərik" - Ceyhun Sultanov


oxunma sayı: 418 Paylaş:

FutbolPress“Düzü, seçimə indidən başlamaq lazımdı. Çünki komandanı formalaşdırmaq üçün mənim qabağımda 3 ay vaxt var. Çalışacam ki,  3 ay ərzində hansısa ölkələrdən mənə təklif olunmuş futbolçuları öz gözümlə görüm və ondan sonra qərar verəcəm. Lazım olsa, baş məşqçini də özümlə aparacam ki, futbolçunu seçə bilsin”. Bu sözləri "Neftçi"nin yeni idman direktoru Ceyhun Sultanov deyib. 

Sultanov kluba video-görüntülərə əsasən futbolçu seçməyi doğru hesab etmədiyini vurğulayıb: “Disklə futbolçu seçmək düzgün deyil. Kim seçirsə, aqibəti pis olur. Futbolçu şəxsən görülməlidi. Mənə futbolçunun əvvəlki durumu yox, son vəziyyəti daha çox maraqlıdı”.

Veteran futbolçu "Neftçi"nin heyət baxımından problemlərinin oldu deyib: “Çox mövqedə problemlər var. Əsas heyətə düşən 11 futbolçunun hamısını qazanmaq lazımdı. Maya qədər vaxtımız var. Nə qədər danışsaq da, meydanda 11 futbolçu mübarizə aparır. O oyunçuları qazanmalıyıq ki, nəyəsə layiq olaq. Başqa cür mümkün deyil”.

O, "Sumqayıt"ın bir neçə futbolçusunun "Neftçi"yə keçə biləcəyini vurğulayıb: “Gələcəkdə hər şey ola bilər.  Biz 3 ay gözləməliyik ki, o futbolçular "Sumqayıt"da daha yaxşı səviyyədə olsunlar. Bu, heç kimə sirr deyil: Bir neçə futbolçu var ki, onları "Neftçi"yə cəlb etməyi planlaşdırırıq. Amma ən birincisi, baş məşqçi ilə razılaşmaq lazımdır. Onun razılığı vacibdir. Nəinki "Sumqayıt"da həvəskar klubda da çalışsaq, baş məşqçinin razılığı olmadan komandaya futbolçu cəlb edə bilmərik".


oxunma sayı: 418 | Paylaş:




?>