')

Bu gün:


FutbolPress.Az | Ceyhun Sultanov rəsmən "Neftçi"də

Ceyhun Sultanov rəsmən "Neftçi"də


oxunma sayı: 290 Paylaş:

FutbolPress“Neftçi”də yeni təyinat olub. Ceyhun Sultanov klubun idman direktoru vəzifəsinə təyin edilib.

1997/1998 mövsümündə “Neftçi”nin şərəfini qorumuş və 23 oyunda 6 qola imza atmış Ceyhun Sultanov “Fərid” (1996-1997), “Dinamo” (1998-2001), “Maşinsazi” (Təbriz, 2003-2004), “Bakı” (2004-2007), “Xəzər Lənkəran” (2007-2010), “Kəpəz” (2010-2012), “Sumqayıt” (2012), “Qəbələ” (2013) klublarında da çıxış edib. O, Azərbaycan çempionatının (2006) və kubokunun (2005, 2008) qalibidir. U-21 yığmamızın kapitanı olmuş Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.

38 yaşlı mütəxəssis “Bakı”da seleksiyaçı məşqçi (2013-2014), “Sumqayıt”da baş menecer (2014-2018) vəzifələrini yerinə yetirib.


oxunma sayı: 290 | Paylaş:




?>