')

Bu gün:


FutbolPress.Az | "Roma" uduzdu, "Mançester Yunayted"dən heç-heçə

"Roma" uduzdu, "Mançester Yunayted"dən heç-heçə


oxunma sayı: 235 Paylaş:

FutbolPressÇempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Son gündə iki matç baş tutub.

Görüşlərdən biri İspaniyada, digəri Ukraynada keçirilib.

Sevilya şəhərinin eyniadlı komandası "Roman Sançes-Pisxuan"da İngiltərənin "Mançester Yunayted" klubunu qəbul edib. Matçda hesab açılmayıb.

Xarkovdakı "Metallist" stadionunda isə "Şaxtyor"la İtaliya təmsilçisi "Roma" üz-üzə gəlib. Hesabı qonaqlar açsa da, Ukrayna təmsilçisi sonradan iki qol vuraraq qələbə qazanmağı bacarıb.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
21 fevral

23:45. "Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) 0:0


23:45. "Şaxtyor" (Ukrayna) - "Roma" (İtaliya) 2:1
Qol:
Fakundo Ferreyra, 52, Fred, 71 - Cengiz Ünder, 41



oxunma sayı: 235 | Paylaş:




?>