"Səbail"in yeni transferi ölkəsinin ən yaxşıları sırasında
Paylaş:
"Səbail"in yeni transferi türkmənistanlı Vaxıt Orazsaxedov ölkəsində 2017-ci ilin yekunlarına əsasən tərtib olunan siyahıda ən yaxşı futbolçular sırasında yer alıb.
"turkmenportal.com"un oxucular arasında keçirdiyi sorğuda 26 yaşlı hücumçu ilk "10-luğ"a daxil olub. O, 15 səslə 8-ci olub.
Rusiyanın "Rubin", Moldovanın "Daçiya" və Türkiyənin "Osmanlıspor" klublarında çıxış etmiş Vaxıt Orazsaxedov 3 dəfə Türkmənistan milli komandasının da formasını geyinib. O, millidə 2 qola imza atıb.
| Paylaş: