Reynaldonun yeni klubu rəsmən məlum oldu
Paylaş:
"Qarabağ"ın sabiq futbolçusu Reynaldonun yeni klubu rəsmən müəyyənləşib.
Slovakiyanın "Spartak" klubun dan ayrılan braziliyalı karyerasını Qazaxıstan çempionatında davam etdirəcək.
O, "Aktobe" ilə sözləşmə imzalayıb. "Bir müddətdi bu klubda baxışda olan "sambaçı" özünü yaxşı tərəfdən göstərməyi bacarıb. 28 yaşlı hücumçu ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb.
Reynaldo 2013-16-cı illərdə "Qarabağ"da çıxış edib.
| Paylaş: