')

Bu gün:


FutbolPress.Az | PFL-dən Premyer Liqa və Kubokun təqvimində dəyişiklik

PFL-dən Premyer Liqa və Kubokun təqvimində dəyişiklik


oxunma sayı: 88 Paylaş:

FutbolPressPeşəkar Futbol Liqası 2017/2018-ci illər mövsümünün təqvimində müəyyən dəyişiklik edib.

Azərbaycan milli komandasının mart toplanışı və yoxlama görüşləri eləcə də 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq Topaz Premyer Liqsının və Azərbaycan Kubokunun təqvimində aşağıdakı dəyişikliklər gerçəkləşib:

- Topaz Premyer Liqasının XIX turunun “Kəpəz” – “Qəbələ” və “Keşlə”- “Neftçi” matçları 9 mart 2018-ci il tarixdə, “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” matçları isə 10 mart 2018-ci il tarixdə keçirilsin.

- Topaz Premyer Liqasının XX turunun “Keşlə”- “Qəbələ” matçı 13 mart 2018-ci il tarixdə, turun digər üç oyunu isə 14 mart 2018-ci il tarixdə reallaşsın.

- Azərbaycan Kubokunun ½ final mərhələsinin ilk oyunları 11 aprel  2018-ci il tarixdən 12 aprel 2018-ci il tarixə keçirilsin.

- Topaz Premyer Liqasının XXIII turunun “Zirə” – “Neftçi” matçı 14 aprel 2018-ci il tarixdən 15 aprel 2018-ci il tarixə keçirilsin.


oxunma sayı: 88 | Paylaş:




?>