Patrik Klyuvertin oğlu "Barselona"da?
Paylaş:
Bir vaxtların məşhur futbolçusu Patrik Klyuvertin oğlu Castin Klyuvert "Barselona"da çıxış edə bilər.
Kataloniya klubunun nümayəndələri "Ayaks"ın gənc oyunçusunu izləmək üçün Hollandiyaya yollanıb. Məlumata görə, Castinin çıxışı onları razı salıb.
"Barselona"nın, həmçinin, Mateys de Liqt, Donni van de Bek, Frenki de Yonqla da maraqlandığı deyilir. Ancaq əsas Hədəf Castin Klyuvertdi.
Xatırladaq ki, gənc oyunçunun atası Patrik Klyuvert 1998-2004-cü illərdə "Barselona"da çıxış edib.
| Paylaş: